Masallının baş həkimi rüşvət alarkən tutulub – RƏSMİ

bodrum escort bayan

İki gün öncə saxlanılan Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Xəbəraztv.Az-a verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən baş həkim Eşqin Əliyev vətəndaşdan rüşvət alarkən yaxalanıb.

Əməliyyat tədbirləri ilə Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd edilən tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilərək götürülmüşdür.

Qeyd edilənlərlə bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında Eşqin Əliyev həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbəraztv.Az

Paylaş: