Göyçay rayonun 2021 -ci ildə iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

bodrum escort bayan

Göyçay rayon Sitatiska idarəsinin məlumatına görə 2021-сi ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki illə müqayisədə 15,6 faiz artaraq 333041,1 min manata çatmışdır.

Məhsul və xidmətlərin ümumi həcminin 61,6 faizi istehsal sahələrinin, 38,4 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin 50379,1 min manatı və ya 15,1 faizi sənayedə, 154726,1 min manatı və ya 46,5 faizi kənd təsərrüfatında, 4743,5 min manatı və ya 1,4 faizi tikintidə, 2956,1 min manatı və ya 0,9 faizi nəqliyyatda, 1979,4 min manatı və ya 0,6 faizi rabitədə, 118256,9 min manatı və ya 35,5 faizi ticarət və xidmət sahələrində istehsal olunmuşdur.

Sənaye. 2021-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,0 faiz artaraq 50379,1 min manat təşkil etmişdir.

Sənaye məhsulunun 86,3 faizi emal sənayesinin, 12,6 faizi elektrik enerjisi , qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.

Sənaye məhsulu istehsalının 13,3 faizini dövlət müəssisələri, 86,7 faizini qeyri-dövlət müəssisələri təşkil edir.

Kənd təsərrüfatı. Rayonun iqtisadiyyatının əsasını taxılçılıq, tərəvəzçilik və meyvəçilik təşkil edir. Bununla yanaşı kartof, bostan və üzüm məhsulları istehsal edilir.

Rayon ərazisində 2021-ci il üçün ümumi əkin sahəsi 19705,7 hektar təşkil etmişdir ki, bunun da 12683,2 hektarını dənli və dənli paxlalı, 955,5 hektarını kartof, tərəvəz və bostan, 6067,0 hektarını yem bitkiləri təşkil edir.

Rayonda 2021-ci ildə dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 100,0 faizi (12683,2 hektar) biçilmiş və həmin sahələrdən 43979,4 ton (keçən il 39841,0 ton) taxıl məhsulu götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 34,2 sentner təşkil etmişdir.

Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda və arpa əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 49,8 faizini (21913,5 ton) buğda, 46,8 faizini (20588,7 ton) arpa, 2,1 faizini (910,2 ton) qarğıdalı, 1,3 faizini (567,0 ton) çəltik təşkil edir. Ötən illə müqayisədə 415,5 ton (1,9 faiz çox) buğda, 2982,7 ton (16,9 faiz çox) arpa, 611,1 ton (3 dəfə çox) qarğıdalı, 155,1 ton (37,7 faiz çox) çəltik istehsal edilmişdir.

2021-ci ildə 52283,8 ton və ya əvvəlki ilə nisbətən 9,9 faiz çox tərəvəz, 2272,5 ton (5,1 faiz az) kartof, 670,0 ton (8,0 faiz az) bostan məhsulları toplanmışdır.

2021-ci ildə rayon üzrə 38717,0 ton keçən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz az yem bitkiləri istehsal olunmuşdur.

Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarında meyvə sahələrinin 340,8 hektar artması barədə təsərrüfatlardan hesabatlar daxil olmuşdur. Hazırda rayonda 7044,8 hektar meyvə bağları mövcuddur ki, bunun da 6401,2 hektarı və ya 90,9 faizi meyvə verən yaşda olan ağaclardır.

2021-ci ildə 88273,4 ton meyvə və giləmeyvə yığılmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən meyvə və giləmeyvə istehsalı 10039,3 ton artmışdır.

Rayon təsərrüfatlarında olan meyvə istehsalının 42651,6 tonu (48,3 faiz) nar, 33072,0 tonu (37,5 faiz) xurma, 12549,8 tonu (14,2 faiz) isə digər meyvəvə giləmeyvələr təşkil edir.

Kənd əməkçiləri 2022-ci ilin məhsulu üçün 12766,1 hektar sahədə şum qaldırmış, 12342,0 hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş 12342,0 hektar taxıl sahəsinin 6200,0 hektarını buğda, 6142,0 hektarını arpa təşkil edir.

2021-ci ildə diri çəkidə 8758,0 ton ət, 19941,0 ton süd, 22441,0 min ədəd yumurta, 128,0 ton yun istehsal edilmişdir.

2022-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 36565 baş iribuynuzlu mal-qara, o cümlədən 18204 baş inək və camış, 56146 baş qoyun və keçi mövcud olmuşdur.

2021-ci ildə rayonda 10,4 ton barama istehsal olunmuşdur.

2021-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 154726,1min manat olmuş, 2020-ci illə müqayisədə 20585,4 min manat və ya 8,9 faiz artmışdır. Məhsulun 57564,7 min manatı heyvandarlıq, 97161,4 min manatı isə bitkiçilik məhsullarının payına düşür.

Tikinti. 2021-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4052,8 min manat vəsait yönəldilmiş, onun 69,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 70,2 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 78,8 faiz azalmışdır. İstehsal təyinatlı obyektlərin inşasında 1699,5 min manat, qeyri-istehsal təyinatlı obyektlərin inşasında 2353,3 min manatlıq investisiyadan istifadə edilmişdir.

Tikinti müəssisələri tərəfindən 2021-ci ildə 4954,6 min manatlıq inşaat işləri görülmüş, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 34645,3 min manat və ya 87,5 faiz azdır.

Pərakəndə ticarət və ödənişli xidmət. 2021-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 359443,5 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 55946,8 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 5,0 faiz artmışdır.

Nəqliyyat, informasiya və rabitə. 2021-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 585,0 min ton yük və 8054,0 min nəfər sərnişin daşınmışdır. Bu da 2020-ci ilin eyni dövrünə nisbətən 5,0 min ton yük və ya 0,9 faiz, 88,0 min sərnişin və ya 1,1 faiz çoxdur.

İnformasiya və rabitə müəssisələri 2021-ci ildə əhaliyə, müəssisə və təşkilatlara 1979,4 min manatlıq, yaxud 2020-ci illə müqayisədə 52,9 faiz çox rabitə xidməti göstərmişlər.

Demoqrafik vəziyyət. 2022-ci il yanvar ayının 1-i vəziyyətinə rayon əhalisinin sayı 519 nəfər və ya 0,4 faiz artaraq 122975 nəfərə çatmışdır.

Əhalinin ümumi sayından 37237 nəfəri (30,3 faizi) şəhər, 85738 nəfəri (69,7 faizi) kənd sakinləridir. Rayon əhalisinin 50,1 faizini kişilər, 49,9 faizini qadınlar təşkil edir.

2021-ci ilin yanvar-dekabr aylarında 1402 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 11,4 təşkil etmişdir.

Cari ilin yanvar-dekabr aylarında rayonda 951 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil etmişdir.2021-ci ilin yanvar-dekabr aylarında qeydiyyat şöbələri tərəfindən 744 nikah və 138 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,1, boşanmaların sayı 1,1 olmuşdur.

Cari ilin yanvar-dekabr ayları ərzində rayona daimi yaşamaq üçün 97 nəfər gələn və 29 nəfər rayondan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 68 nəfər təşkil etmişdir.

Əməkhaqqı və yeni iş yerləri. 01 yanvar 2022-ci il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 57742 nəfər olmaqla rayon əhalisinin 47,0 faizini təşkil edir.

Məşğul əhalinin 11639 nəfəri və ya 20,1 faizi muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 442,2 manat olmaqla 2020-ci ilin yanvar- noyabr ayları ilə müqayisədə 5,2 faiz artmışdır.

Məşğulluq xidmətləri tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2021-ci ildə 4771 nəfər olmuşdur.

Rayonda 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 63 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir. Belə ki, açılmış iş yerlərindən 19-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 44-ü mövcud müəssisə və təşkilatlarda olmuşdur.

Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2021-ci ilin dekabr ayını 2021-ci ilin noyabr ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, pomidor, xiyar, alma, armud, üzüm, nar, heyva, xurma, quş əti, süd, yumurta, kərə yağı, buğda unu, qarabaşaq yarması, şəkər, şəkər tozu bahalaşmış, kələm, kök, süfrə çuğunduru ucuzlaşmışdır.

2021-ci ilin dekabr ayını 2020-ci ilin dekabr ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, kələm, sarımsaq, mal əti, qoyun əti, quş əti, süd, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozu, karamel bahalaşmışdır.

Təhsil. Rayonda 1420 uşağın tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi, 2021/2022- ci tədris ilinin əvvəlinə 1980 nəfər müəllimin çalışdığı, 18649 nəfər şagirdin təhsil aldığı 57 dövlət gündüz ümumtəhsil məktəbi, 103 nəfər müəllim kollektivinin çalışdığı, 1552 nəfər tələbənin təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci, 67 nəfər müəllim və mühəndisin çalışdığı, 348 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi fəaliyyət göstərir.

Mədəniyyət. Rayonda 312,9 min nüsxə kitab fondu olan 37 kütləvi kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2021-ci ildə kitabxanalarda 30,9 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 1,0 min nəfər, ekskursiyaya gələnlərin sayı 6,0 min nəfər olmuşdur.

Səhiyyə. 2022-ci ilin əvvəlinə rayonda fəaliyyət göstərən 1 xəstəxana, 17 həkim məntəqəsi, 31 tibb məntəqəsi və 1 təcili yardım müəssisəsində 147 nəfər həkim, 303 nəfər orta tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 12 həkim, 25 orta tibb işçisi düşmüşdür.

Rayonda 2020-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, endokrin sisteminin, qida qəbuletmənin, maddələr mübadiləsi və immunitetin pozulması, qan və qanyaradıcı orqanların, qan dövranı sisteminin, həzm orqanlarının, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil etmişdir.

Pensiya, sosial təminat. 2022-ci il yanvar ayının 1-i vəziyyətinə Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Mərkəzi Aran 2 saylı region filialında Göyçay rayonu üzrə 11663 nəfər pensiya, 6023 nəfər sosial müavinət, 3135 nəfər təqaüd, 1237 nəfər birdəfəlik müavinət, 93 aztəminatlı ailəyə ünvanlı sosial yardım alanlar qeydiyyatda olmuşdur.

İdman. Rayonda Olimpiya İdman Kompleksi, 181 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 39 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.

Hüquqpozmalar. Rayonda 2021-ci ildə 194 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əhalinin hər on min nəfərinə hesabı ilə 16 hadisə təşkil edir. Qeydə alınmış cinayətlərin 25-i ağır və xüsusilə ağır xarakterli cinayətlərə aiddir.

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

2021-ci il
faktiki,

min manat

2021-ci il
2020-ci ilə

nisbətən, faizlə

Ümumi daxili məhsul , min manat 333041,1 115,6
Sənaye məhsulu, min manat 50379,1 115,0
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat 4052,8 29,8
Kənd təsərrüfatı məhsulu , min manat 154726,1 108,9
Nəqliyyat sektorunda yük daşınması, min ton 585,0 100,9
Nəqliyyat sektorunda sərnişin daşınması,
min sərnişin

8054,0 101,1
İnformasiya və rabitə xidmətləri, min manat 1979,4 152,9
Pərakəndə ticarət dövriyyəsi, min manat 359443,5 101,4
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat 55946,8 105,0
Orta aylıq əməkhaqqı, manat 442,2 105,2

Paylaş: