Ağsu rayonunda sosial-iqtisadi sahələrdə inkişaf sürətlənir

bodrum escort bayan

Ağsu Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

Birmənalı olaraq demək olar ki, bu gün respublikanın bütün bölgələrində abadlıq-quruculuq işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməkdədir. Azərbaycanın rayonları günü-gündən simasını dəyişir, inkişaf edir, müasir dövrün tələblərinə uyğun tikinti-quruculuq, yenidənqurma işləri həyata keçirilir. İnsanların sosial-rifah halının yaxşılaşdırılması ilə bağlı dövlət qayğısı getdikcə artır.Geniş tikinti meydanına, abadlıq, quruculuq məkanına çevrilən rayonlardan biri də Ağsudur. Bu rayonda son illər çox işlər görülüb. Daha çox özəl sektorun genişləndirilməsi hesabına sosial-iqtisadi inkişafa nail olan Ağsu rayonunda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sahəsində uğurlu nəticələr əldə olunub.Bu gün Ağsunun sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşamasını təmin edir. Məhz bu səbəbdən də Ağsu Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən yaradılan imkanlardan düzgün yararlanaraq rayonda davamlı inkişafa nail olmaq baxımından Ağsu RİH-nin başçısı cənab Rövşən Bağırovun səmərəli idarəetmə təcrübəsi və yüksək peşəkarlıq keyfiyyətləri də xüsusi önəm kəsb edir.

Qısa arayış:

Bağırov Rövşən Elmidar oğlu. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı

R.E.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2021-ci il tarixli Sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 3 övladı vardır.
1. 28.11.1983 – Əzizbəyov adına Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrasında preparator
2. 03.05.1985 – Sovet Ordusu sıralarında, bölmə komandiri
3. 23.09.1987 – Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrası, laborant
4. 01.04.1989 – Neft-Kimya İnstitutu, mühasib
5. 14.08.1990 – Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahı, təlimatçı
6. 07.06.1991 – “Gənclik” Sovet Türkiyə müştərək müəssisəsi, baş mühasib
7. 12.06.1992 – Səbail Rayon Əhalinin Məşğulluq Mərkəzi, baş mühasib
8. 18.03.2003 – “Bakı yoltikintiservis” Açıq Tipli Səhmdar Cəmiyyəti, baş mühasib
9. 31.03.2006 – “Sənaye Tikinti Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti, sədr
10. 02.04.2007 – Lerik Rayon İcra Hakimiyyəti, Başçısı vəzifəsində çalışmışdır.
Bu gün Ağsuda gedən dinamik inkişafı izləmək həqiqətən də insana böyük zövq verir. Hətta cari ilin təkcə son bir ayı ərzində gedən proseslərə nəzər salmaqla rayondakı ümumi mənzərə haqda kifayət qədər ətraflı təsəvvür əldə etmək olar.
Əminliklə demək olar ki, bu gün Ağsu rayonunun həm əhalisi, həm də rəhbərliyi Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, doğma rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə bundan sonra da bütün imkanlarını səfərbər edəcəklər.

XəbərAztv.az
Rəşid Rüstəmov.

Paylaş: