Göyçayda “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsi çərçivəsində gənclər üçün festival keçirilib – FOTO

bodrum escort bayan

“Göyçay İnkişaf Mərkəzi” GİB-i Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” adlı layihəsi çərçivəsində müsabiqədən keçmiş gənclərlə birgə festival keçirib. Festivalda İsmayıllı, Göyçay, Qəbələ rayonlarından seçilmiş yaradıcı və istedadlı gənclər iştirak edib. ZamanAzTv-nin bölgə müxbiri xəbər verir ki, tədbirdə seçilmiş gənclərlə yanaşı regionun ziyalıları, ədəbiyyatşunasları və poeziya sevərləri iştirak ediblər.

Festivalın açılışında birliyin sədri Əzizağa Atakişiyev iştirakçıları, gəncləri və münsif qismində çıxış edən ziyalıları salamlarayaraq layihə haqqında ətraflı məlumat vermişdir. Onlara festivala qatıldıqlarına görə təşəkkürünü bildirmişdir. O, böyük Azərbaycan şairi və mütəfəkkiri olan Nəsiminin, anadilli Azərbaycan poeziyasının banilərindən biri olduğunu qeyd etmiş və festivalın məqsədi haqqında gənclərə məlumat vermişdir. Bununla da festivalı açıq elan etmişdir.

Daha sonra fetivalın fasilitatoru Coşqun İsmayılov hər bir rayon üzrə iştirakçıları təqdim etmiş və onların performaslarının tamaşaçılara göstərilməsi üçün ardıcıllıqla səhnəyə dəvət etmişdir. İştirakçı gənclər həm qrup şəklində, həm də fərdi şəkildə çıxış etmiş və hazırladıqları səhnəcik, ifa, əl işləri və rəsm nümunələrini nümayiş etdirmişlər.

Tədbirdə rayonun ziyalıları münsiflər qismində iştirak edərək gənclərə uğurlar arzu etmiş və göstərdikləri performanslara görə öz təşəkkürlərini bildirmiş və onlara gələcəkdə uğurlar arzulayıblar. Festivalın sonunda gənclərin hazırladıqları ifalar və yaradıcı işlər münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, onlara hədiyyələr və serifikatlar təqdim edilmişdir.

Sonda xatirə şəkli çəkilib.

 

Paylaş: