Zəfərin mübarək Azərbaycan” adlı sərgi açılıb

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu
Qurtuluş Gününə həsr olunmuş Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Məlik Məmmədxanovun “Zəfərin mübarək Azərbaycan” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
Xəbəraztv.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Qurtuluş Günümüzün memarı ulu öndərimiz Heydər Əliyevin və zəfərimizin banisi Ali Baş Komandan İlham Əliyevin fəaliyyətindən və uğurlu siyasətindən söz açıb və zəfəri özündə əks etdirən sərginin yüksək önəm daşıdığını bildirib.
Sərgidə rəssamın zəfərimizə həsr olunmuş iki qardaş ölkənin liderlərinin portretinin təqdimatı ilə yanaşı, Azərbaycan motivləri əks olunan 25 əsəri də nümayiş olunub.
Çıxış edənlər sərginin əhəmiyyətindən söz açıblar, Qurtuluş Günü və tarixi zəfərimiz münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Sonda çıxış edən rəssam Məlik Məmmədxanov zəfərimizi əsərlərində əks etdirdiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirərək Türkiyə və Azərbaycan qardaşlığının daimi olmağını arzulayıb. Eyni zamanda gələcək əsərlərini də Qarabağda aparılan bərpa işlərinə həsr edəcəyini bildirib.
Layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçı Aygün İsgəndərova, rəssam Məlik Məmmədxanov YAP Yasamal rayon təşkilatı adından fəxri fərmanlarla təltif olunublar.

Paylaş: