Bu, həkimlərimizinölkəni tərk etməsinə səbəb olacaq – Onkoloq

bodrum escort bayan

 

Bu, həkimlərimizinölkəni tərk etməsinə səbəb olacaq – Onkoloq

Xəstə 4 iyun tarixində ağciyəri qaraciyər, böyrək, yumurtalıqlarda baş verən narahatlıqlarına xəstəxanamıza daxil oldu. Daha əvvəl bir neçə xəstəxanaya müraciət etsə də, qəbul olunmamışdı.

Bunu “Bona Dea” Beynəlxalq Hospitalın invaziv radioloq, invaziv onkoloqu Nicat Alışov 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib:

“Xəstəyə heç bir xəstəxanada biopsiya edilməsə də, mən bunu etdim və qanaxma olmadı. Xəstə ölümcül qanaxma ilə xəstəxanaya daxil olmuşdu və mən evdən təcili gələrək komandamı yığdım. Xəstə ölümcül halda idi və müdaxilə edərək onu xilas etdim. Hər bir əməliyyatın və müalicələrin ölüm riski daşıdığı ailə üzvlərinə bildirildi”

O bildirib ki, heç bir ölkədə xəstə yaxını müalicə məbləği üçün etiraz etmir: “Atası onu 15 ildir görmədiyini dedi. Heç bir həkim istəməz ki, xəstəsi vəfat etsin. Mənim işim diaqnoz qoymaq və xəstənin ömrünü uzatmaqdır.

Belə əməliyyatlar həyat xilas edir. Heç bir xəstələrin bizim əməyimizi kölgələmək haqqı yoxdur. Mən toplumumuzun linç psixologiyasından məyus oldum. Belə fikirlər həkimlərimizin ölkəni tərk etməsinə səbəb olacaq. Məsələ ilə bağlı bütün hüquqi əməliyyatlar görüləcəkdir” .

Paylaş: