Göyçayda qəza ölümlə nəticələnib

bodrum escort bayan

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ZamanAzTv.info xəbər verir ki, bir neçə gün əvvəl Göyçay şəhərinin M.Hüseynzadə küçəsində, “Təzə Bazar” adlanan bazarın qarşısında hərəkət etməkdə olan “VAZ 2106” markalı minik avtomobili yolu keçən piyada, 1963-cü il təvəllüdlü Hacıyeva Minəxanım Miri qızını vurub.

Xəsarət alan H.Minəxanım təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Bir neçə gün xəstəxanada qalan yaralı bir neçə gün sonra müalicə üçün Gəncəyə aparılıb. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş: