Fitnes məşqçisi Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasından sonra həyata keçirilən hüquqi prosedurun əsas məqamları məlum olub.
Moskvanın Domodedovo rayonunun polis idarəsində aparılan araşdırmalar zamanı Kamil Zeynallının heç vaxt Ermənistanda olmaması və bu ölkədə hər hansı qeyri-qanuni əməl törətməməsi müəyyən edilib.K. Zeynallının vəkili Ələkbər Qarayev saytımıza açıqlamasında Ermənistanın onu 29 sentyabr 2020-ci ildə yayılmış görüntülər əsasında məsuliyyətə cəlb etmək istədiyini bildirib: “Həmin tarixdə Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa verib. Müharibə başlayandan 2 gün sonra Kamil Azərbaycan Ordusunun işğaldan azad etdiyi yerlərdə olub və evlərə daxil olub, oradan video çəkərək paylaşıb. Ermənistan dövləti həmin vaxt elə düşünürdü və dünyaya belə çatdırmaq istəyirdi ki, Kamil Zeynallının olduğu yerlər guya Ermənistan dövlətinin ərazisidir və orada gedən döyüşlər, keçirilən əməliyyatlar qanunsuzdur. Və Kamil Zeynallının da orada qanunsuz olmasını, onun muzdlu döyüşçü kimi iştirak etməsini qələmə vermişdilər.
Beləliklə, Kamili adam öldürmək, zorlamaq kimi ağıllarına gələn maddələr üzrə ittiham ediblər. Bunlar Ermənistanın göndərdiyi sorğunun materialları arasında var idi və bir vəkil kimi həmin sənədlərlə tanış oldum. Bundan başqa ermənilərin həmin vaxt Kamili axtarışa verərkən heç ağıllarına gəlməzdi ki, vaxt gələcək Azərbaycan öz ərazilərində suverenliyini tam təmin edəcək, o vaxtdan belə bir sorğu göndəriblər” Ə.Qarayev əlavə edib ki, Kamil Zeynallı sərbəst buraxılaraq Bakıya qayıtsa da, federal axtarışda olmağa davam edəcək: “Kamil xarici ölkələrdən yalnız Türkiyəyə gedə bilər, başqa ölkələrə səfər etsə, yenidən saxlanıla və ya həbs edilə bilər. Bir məqamı da vurğulayım ki, dünən Kamildən ifadə götürüləndə orada sual verdilər ki, sən Ermənistan ərazisində olmusanmı? Kamil də birmənalı şəkildə cavab verdi ki, heç bir zaman Ermənistan Respublikası ərazisində olmamışam, bu məqam da həlledici rol oynadı”.
Qeyd edək ki, dünən Moskvada hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı 7-8 saat sonra sərbəst buraxılıb və Bakıya qayıdıb. Ermənistan Respublikası onu ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham edir.
Axtar
Xəbər xətti
- Kamran Əliyev Göyçayda vətəndaşları qəbul edib
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
- Dünyanın ilk qatlana bilən “iPhone”u
- Əli Əsədov İqor Petrişenko ilə görüşdü
- Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub
- Daha bir naməlum şəhidin kimliyi bilindi
- Bu yolda sürət endirildi
- Bakı Naxçıvana quru yol üçün yeni marşrut hazırlayır? – “İrəvana təklif edilir ki…”
- Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
- Prezident general-leytenantı işdən azad etdi
- Əməkhaqqı ilə bağlı QƏRAR: İyulun 1-dən…
- Dəhlizlə bağlı son yenilik: Mövqelər yaxınlaşdı…
- Həftənin ilk iş gününün HAVASI
- Ukrayna Ordusu Belqorodda yaşayış binasını vurdu – onlarla yaralı var
- Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Hava kəskin soyudu: Bakıya qar yağır
- Ehtiyatlı şəkildə deyirəm ki, həmkarım Bayramovla… – Mirzoyan
- Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
- Azərbaycan Ordusunun “EFES – 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb
- Tərtərdə məktəbin qarşısında dəhşət – bir yumruqla şagirdi öldürdü – YENİLƏNİB – FOTO
- İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
- 2024-cü ilin yanvar-mart aylarında Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
- Gəncədə məktəbli bıçaqlandı
- Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq
Təqvim
Copyright © 2024 Xəbər AzTv