Sumqayıtda intihara cəhd edən şəxs xəstəxanada ölüb – YENİLƏNİB

bodrum escort bayan

Sumqayıt şəhərində intihara cəhd edən məcburi köçkün xəstəxanada dünyasını dəyişib.

ZamanAzTv.info-nun məlumatına görə, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onkoloji xəstə və yeni əməliyyat olunan 51 yaşlı kişi ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

10:26

Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.

ZamanAzTv.info-nun  məlumatına görə, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: