Fevralın 1-də Milli Məclisin İnitizam komissiyasının iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iclasa moderatorluq edən komissiya üzvü Səttar Möhbalıyev deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə görə, parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında İntizam komissiyasının tərkibi yenidən formalaşdırılıb. O bildirib ki, yeni yaradılan komissiyanın ilk iclasının gündəliyinə komissiya sədrinin, onun müavininin və komissiyanın katibinin seçilməsi məsələləri daxildir. İclasın moderatoru deputat Eldar İbrahimovun ötən dövrdə İntizam komissiyasına rəhbərliyini müsbət dəyərləndirib və komissiyanın sədrliyinə onun namizədliyini irəli sürüb. İntizam komissiyası sədrinin müavini vəzifəsinə deputat Fəzail Ağamalının, komissiyanın katibi vəzifəsinə deputat Nurlan Həsənovun namizədliyi təklif olunub.
Komissiya üzvləri deputat Eldar İbrahimovu İntizam komissiyasının sədri, deputat Fəzail Ağamalını İntizam komissiyası sədrinin müavini, deputat Nurlan Həsənovu komissiyanın katibi seçiblər.İclasda iştirak edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək deputatları təbrik edib, bütün komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Birinci vitse-spiker deputatların etik davranış və intizam məsələləri ilə bağlı qeydlərini, fikirlərini bölüşüb.Sonra iclasda komissiya sədri Eldar İbrahimov, komissiya sədrinin müavini Fəzail Ağamalı, üzvləri Hikmət Məmmədov və Məşhur Məmmədov Milli Məclisin rəhbərliyinə və parlamentin deputatlarına onlara göstərilən etimada görə təşəkkür ediblər, komissiyanın gələcək fəaliyyəti ilə bağlı fikirlərini səsləndiriblər.Bununla da Milli Məclisin İntizam komissiyasının iclası başa çatıb.
İclasda deputatlar Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Nizami Səfərov, Kəmaləddin Qafarov və digər rəsmi şəxslər iştirak ediblər
Axtar
Xəbər xətti
- Kamran Əliyev Göyçayda vətəndaşları qəbul edib
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
- Dünyanın ilk qatlana bilən “iPhone”u
- Əli Əsədov İqor Petrişenko ilə görüşdü
- Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub
- Daha bir naməlum şəhidin kimliyi bilindi
- Bu yolda sürət endirildi
- Bakı Naxçıvana quru yol üçün yeni marşrut hazırlayır? – “İrəvana təklif edilir ki…”
- Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
- Prezident general-leytenantı işdən azad etdi
- Əməkhaqqı ilə bağlı QƏRAR: İyulun 1-dən…
- Dəhlizlə bağlı son yenilik: Mövqelər yaxınlaşdı…
- Həftənin ilk iş gününün HAVASI
- Ukrayna Ordusu Belqorodda yaşayış binasını vurdu – onlarla yaralı var
- Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Hava kəskin soyudu: Bakıya qar yağır
- Ehtiyatlı şəkildə deyirəm ki, həmkarım Bayramovla… – Mirzoyan
- Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
- Azərbaycan Ordusunun “EFES – 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb
- Tərtərdə məktəbin qarşısında dəhşət – bir yumruqla şagirdi öldürdü – YENİLƏNİB – FOTO
- İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
- 2024-cü ilin yanvar-mart aylarında Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
- Gəncədə məktəbli bıçaqlandı
- Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq
Təqvim
Copyright © 2024 Xəbər AzTv