2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yerli yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Yaranmış epidemioloji vəziyyətin təhlili göstərir ki, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir.İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib.Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edib və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.Bildirilib ki, vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.
Axtar
Xəbər xətti
- Ölkə ərazisində yağışlı hava bu tarixədək davam edəcək AÇIQLAMA
- İran-Azərbaycan dostluğu sarsılmazdır – Əliyev
- Sumqayıtda qumbara tapıldı
- Zəngəzur dəhlizi bu vaxt açılacaq – Türkiyəli nazir
- iPhone 16”-nın istehsala başlama tarixi AÇIQLANDI
- Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib
- Prezident Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
- İran Prezidentinin helikopteri qəza etdi: Rəisidən hələ də xəbər yoxdur
- Ölkədə əhalinin sayı açıqlandı
- 46 yaşlı hüquq məsləhətçisi qəfil öldü
- Bu ölkə Azərbaycanda diplomatik missiya aça bilər
- Bu ərazilər Azərbaycanın nəzarətinə verilir – Elan ediləcək
- Güllələnən baş nazirin son vəziyyəti AÇIQLANDI
- Yaşa görə əmək pensiyası necə təyin olunur?
- Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib
- Kamran Əliyev Göyçayda vətəndaşları qəbul edib
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
- Dünyanın ilk qatlana bilən “iPhone”u
- Əli Əsədov İqor Petrişenko ilə görüşdü
- Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub
- Daha bir naməlum şəhidin kimliyi bilindi
- Bu yolda sürət endirildi
- Bakı Naxçıvana quru yol üçün yeni marşrut hazırlayır? – “İrəvana təklif edilir ki…”
- Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
- Prezident general-leytenantı işdən azad etdi
Təqvim
Copyright © 2024 Xəbər AzTv