Zərdabda valideyn himayəsindən məhrum olan uşaqlarla və aztəminatlı ailələrlə görüş olub

bodrum escort bayan

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları birləşdirən, həmrəy, həmfikir edən, onları vətənimizin bütövlüyü, daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi gündür.

ZamanAzTv.info xəbər verir ki, bu fikir Zərdabda valideyn himayəsindən məhrum olan uşaqlarla və aztəminatlı ailələrlə keçirilən görüşdə səsləndirilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev bayramlar münasibətilə iştirakçıları təbrik edib, onlara bol ruzi-bərəkət, əmin-amanlıq arzulayıb.

Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan R.Feyzullayev, həmçinin ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətindən bəhs edib.

Çıxış edənlər valideyn himayəsindən məhrum olan uşaqlara, aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra iştirakçılara bayram hədiyyələri verilib, maddi yardım göstərilib.

Görüşdən sonra ümumrayon bayram şənliyi keçirilib.

Paylaş: