Gəncədə zəhərlənmə hadisəsi baş verib.
ZamanAzTv.info-nun məlumatına görə, hadisə şəhərin “Pasyolka” adlan yaşayış massivində qeydə alınıb. Şəhər sakini, 1994- cü il təvəllüdlü Xəlilova Aytac Rauf qızı huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına lazımi tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir. Qadının hansı səbəbdən dərman içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.