Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Prezident İlham Əliyevi təbrik edib

bodrum escort bayan

Dekabrın 24-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA xəbər verir ki, Giorgi Qaxariya Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş Nazir Giorgi Qaxariya ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını qeyd ediblər.

Paylaş: