Azərbaycan İlham Əliyevin sayəsində öz mövqelərini möhkəmləndirir – İsmayıl Serageldin

bodrum escort bayan

Azərbaycan bu gün Prezident İlham Əliyevin sayəsində qlobal arenada öz mövqelərini möhkəmləndirir.

Bunu Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının (DB) keçmiş vitse-prezidenti İsmayıl Serageldin deyib.

“Mövcud qlobal böhranlar fonunda Azərbaycan Prezident İlham Əliyevin şəxsində özünü enerji təhlükəsizliyi baxımından sabitləşdirici qüvvə kimi göstərib”, – deyə o bildirib.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla sülh şəraitində yaşamaq istəyi və iradəsini nümayiş etdirib.

“Azərbaycan, Gürcüstan və Ermənistanın regionun mənafeyi naminə birgə işlədiyi daha fəal Cənubi Qafqaz ideyasını irəli sürmək lazımdır. Bu, bütün dünyaya post-münaqişə dövrünün necə firavan gələcəyə çevrilməsini nümayiş etdirən bir nümunə ola bilər “, – İ.Serageldin bildirib.

Mərkəzin həmsədri qeyd edib ki, bu gün Azərbaycan qlobal səhnədə 10 il əvvəlkindən daha çox görünür və bunda həm də bu illər ərzində əhəmiyyəti və mövcudluğu beynəlxalq miqyasda artan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi rol oynayıb.

“Bir çox beynəlxalq konfransların dayandırılmasına səbəb olan pandemiya dövründə belə Mərkəz səylərini artıraraq çoxsaylı onlayn görüşlər keçirib. Biz peyvəndin əhəmiyyətini və onun əlçatanlığını Ümumdünya Səhiyyə Təşkilatı ilə də müzakirə etdik və bundan sonra anlaşma memorandumu imzaladıq”, – o deyib.

İ.Serageldinin sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə 53 ölkədən 350 qonağın iştirakı ilə IX Qlobal Bakı Forumu keçirilib və forumda 6 prezident və 2 baş nazir, eləcə də 36 sabiq dövlət və hökumət başçısı iştirak edib.

“Mən ümid edirəm ki, martın 9-dan 11-dək keçirilməsi planlaşdırılan növbəti Qlobal Bakı Forumu daha da çox iştirakçını bir araya gətirəcək. Hazırda forumun mövzuları və əsas müzakirə predmetləri üzərində işləyirik. Biz bu məsələləri yaxın zamanlarda təqdim etməyi planlaşdırırıq”, – deyə o əlavə edib.

Paylaş: