Ağsu şəhər 3 saylı tam orta məktəbində valideyn iclası keçirildi

bodrum escort bayan

Xəbəraztv.Az-a verilən məlumata görə 3 oktyabr tarixində məktəbin lX-X-Xl siniflərindən ibarət valideyn iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru L.Rüstəmzadə ilk növbədə məktəb-valideyn münasibətlərinin təşkili və təhsilə müsbət təsiri haqqında danışdı. Daha sonra iclasda dərsə davamiyyəti ,məktəbli geyimləri ,dərslərə hazırlıq səviyyələri ,davranışları və s. məsələlər müzakirə olundu, şagirdlərin əldə etdikləri nailiyyətləri barədə valideynlərə məlumat verildi. Məktəb direktoru iclasın sonunda hər bir şagirdə fərdi yanaşılmağın vacibliyini qeyd etdi ,neqativ halların yaşanmaması üçün onların problemlərin məktəblə birlikdə həll edilməsinin vacibiyini vurğuladı, bu istiqamətdə öz məsləhət və tövsiyyələrini verdi.

Xəbərin müəllifi: Rəşid Rüstəmov


Paylaş: