Yevlaxda əhaliyə ödənişsiz hüquqi yardım göstərilib

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.

XəbərAztv.az xəbər verir ki, həyata keçirilən tədbirlərin davamı olaraq 12 mart tarixində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin, o cümlədən Milli Məclisin deputatı İlham Məmmədovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Yevlax və Mingəçevirdəki Vəkil Bürolarının vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib.

Rayon sakinlərinə ödənişsiz hüquqi yardımın göstərildiyi aksiyanın açılış tədbirində çıxış edən 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən seçilən deputat, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi müstəvidə həyata keçirilən islahatlardan və əldə edilən uğurlu nəticələrdən danışıb.

Həmçinin keçirilən bu aksiyadan bəhs edərək bildirib ki, elə məsələlər var ki, vətəndaşların məlumatsızlığından qaynaqlanır. Burada isə sakinlərə qaldırdıqları məsələlərlə bağlı izahatlar,həlli yolları üçün tövsiyyələr veriləcəkdir.

Sonra tədbirdə çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov aksiya iştirakçılarını salmalayaraq bildirdi ki, aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilməsi məqsədilə bir sıra addımlar atılıb. Bu cür ödənişsiz hüquqi yardımın həyata keçirilməsində Vəkillər Kollegiyasının üzvləri fəal iştirak edirlər. Bu aksiyada da Kollegiyanın üzvləri, təcrübəli hüquqşünaslar sakinlərin suallarını cavablandıracaq, onlara müvafiq hüquqi yardım göstərəcəklər.Anar Bağırov həmçinin bildirdi ki, belə aksiyalar gələcəkdə də davam etdiriləcəkdir.

Milli Məclisinin deputatı İlham Məmmədov isə öz çıxışında keçirilən tədbirin əhəmiyyətini vurğuladı, sakinlərin belə aksiyalardan çox faydalanacaqlarını bildirib.

Aksiyadan razılıqlarını bildirən sakinlər onlara yaradılan belə şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirlbər.

Aksiya zamanı ümumilikdə 23 nəfərə, o cümlədən şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələlərə hüquqi yardım göstərilmişdir. Müraciətlərin böyük hissəsi torpaq, pensiya, aliment məsələləri ilə bağlı olub.

Paylaş: