Göyçay Telekommunikasiya qovşağı bölgədə yeni və müasir keyfiyyətli rabitələşməyə start verib- FOTOLAR

bodrum escort bayan

Son illər ölkəmizdə rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir. Belə ki, İKT sahəsində görülən böyük nailiyyətlərdən danışarkən ilk növbədə regionlarda yeganə kosmos sənayesinə sahib ölkə olmağımızı qeyd etmək lazımdır.2009-cu ildə Azərbaycanda kosmik sənayenin qurulması ilə informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafında yeni dövr başladı.Bələ ki, həmin ilin avqustunda Prezident İlham Əliyev tərəfindən ” Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üçün Dövlət Proqramı” təsdiq edildi. Bu regionda yeni iri miqyaslı İKT infrastrukturunun formalaşdırılması üçün inqilabi bir strategiya idi və bu qərar telekommunikasiya sahəsində irəliyə atılan böyük addım oldu.Bu mənada ölkəmizin ilk peyki olan ” Azerspase-1″ peyki dünyanın üçdə birini əhatə etməklə 50-dən çox ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır. Azərbaycan rabitəsinin inkişafında ən əlamətdar hadisə ” Azerspase-1″ telekommunikasiya peykini “Azərsky” müşahidə peykini və “Azerspase-2” telekommunikasiya sahəsində peyklərini orbitə çıxarmasıdır. Bunun nəticəsində Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asıllığı tam aradan qaldırır, yerli kanalların dünyaya yayılmasında, kosmik sənayenin inkişafı,bu sahədə dünyanın istənilən yerində baş verən müntəzəm işləməyə imkan verir.Bu peyk eyni zamanda ölkəmizin müdafiə və hərbi potensialının gücləndirilməsi istiqamətində xüsusi rol oynayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin bütün şəhər və rayonlarında əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər bu gündə uğurla davam etdirilməkdədir.Bu baxımdan Göyçay rayonununda da bu istiqamətdə həyata keçirilən tədbirlər ürəkaçandır. Belə ki, qovşaq üzrə ötən ilin 11 ayı ərzində rayonda 271 ədəd telefon çəkilişi artımı olmuşdur ki, bunun da 112 ədədi şəhər, 159 ədədi isə kənd sahəsinin payına düşür. Rayon üzrə internet istifadəçilərinin sayı 2021-ci ildə ümumilikdə 438 nəfər artaraq 7731 istifadəçi olmuşdur. TQK-nin şəhər, qəsəbə və kənd EATS-də 2021-ci il ərzində yeni DSLAM avadanlıqları quraşdırılaraq 352 port artımı olmuşdur. Cari ildə qovşaq üzrə 41km cari təmir işləri görülmüş və təmir zamanı 45km P-274 və KSVP naqillərindən istifadə olunmuşdur. Regionların iqtisadi inkişaf proqramı çərçivəsində əhalinin yüksək keyfiyyətli telekommunikasiya və multi media xidmətlərinə olan tələbatlarını ödəmək məqsədi ilə MODUL tipli stasional stansiyaların tətbiq edilməsi ilə ümumilikdə rayon telekommunikasiya qovşağının rekonustruksiyası nəzərdə tutulmuşdur. Göstərilən rekonustruksiya zamanı yeni quraşdırılan MODUL stansiyalar vet GPON qurğuları müasir şəbəkə texnologiyasının son nailiyyəti olan işığın sınma qanunu nəzəriyyəsi bazasında yaradılmış fiber optik kabellər üzərində dövriyyə alınacaq. Bu kimi işlərin nəticəsidir ki, Göyçay rayonu hər zaman olduğu kimi bu gün də kadr potensialı və eyni zamanda peşəkarlıq baxımından əhatə etdiyi bölgədə on sıralarda olub. Bunlardan əlavə Göyçay Telekommunikasiya qovşağı rayona şəhər ərazisi də daxil olmaqla 10 kəndə- Çərəkə, Ərəbcəbirli,Şəkər,Bığır, Mallı-şıxlı, Ləkçılpaq v.s kəndlərdə şəhid ailələri və Qarabağ qazilərinin müraciətləri əsasında qovşaq rəhbərliyinin tapşırığı ilə lazımi materiallar ayrılaraq yüksək səviyyəli telefon və internet xidmətləri ilə təmin edilmişlər. 2022-ci ilin ilk aylarından etibarən GPON Layihəsi ilə bağlı Azeronline şirkəti tərəfindən rayonun Xəlitli,Yeniarx, Hacıağabəyli, Yalman, Şıxbəy, Bəydövül, Çayarxı, Birinci Ərəbcəbirli, Şəhadət Qarabağlılar kəndlərində sürətli və keyfiyyətli işlərə start verilib. AZTELEKOM MMC tərəfindən təyin olunmuş MİRXƏLİL Şirkəti rayonun 50-ci məhəllə və kürd kəndləri ərazilərində işlər davam etdirilməkdədir. Yuxarıda qeyd olunan işlərin hər iki layihə üzrə yekunlaşdırılıb istifadəyə verilməsi 2024-ci ilin sonuna nəzərdə tutulub.

Paylaş: