ÜST nümayəndəsi: Uşaqların vaksinasiyasına ölkə özü qərar verməlidir

“Azərbaycanda məktəblərin açılmasını yüksək qiymətləndiririk”.

Xəbəraztv.Az-ın məlumatına görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST nümayəndəsi bildirib ki, uşaqların vaksinasiyasının aparılması ölkənin öz qərarıdır: “Azərbaycanda uşaqların vaksinasiyası ilə bağlı hələlik qərar yoxdur. Buna baxmayaraq, məktəblərin açılması çox vacibdir. Uşaqlar çox uzun müddətdir məktəbdən uzaq qalıb. Bu, onların sağlamlığı baxımından çox problem yaratdı, uşaqların sosiallaşmasının qarşısını aldı. Ona görə də ÜST olaraq UNİCEF-lə birlikdə məktəblərin açılması ilə bağlı tövsiyələr verdik. Əlbəttə ki, lazımi tədbirlərə əməl edərək əyani tədrisin davam etməsinə çalışılmalıdır”.

Paylaş: