Mədəniyyət işçilərinin vahid elektron reyestri ilə bağlı təlimlərinə yekun vurulub

bodrum escort bayan

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mədəniyyət müəssisələrinin maliyyə və mühasibat işçilərinin cəlb edildiyi təlimlərə yekun vurulub.
Xəbəraztv.Az-ın məlumatına görə, təlimlərin məqsədi mədəniyyət işçilərinin əməkhaqqı cədvəllərinin yeni qurulmuş sistem üzərindən işlənilməsidir. 29 nəfərin iştirak etdiyi təlimlərdə iştirakçılara Mədəniyyət Nazirliyinin əməkdaşı Vüsal Məmmədov tərəfindən qurumun strukturuna daxil olan və tabe müəssisələrdə çalışan işçilərin vahid elektron reyestri sistemində qurulmuş yeni modulun – əməkhaqqı ödəniş cədvəllərinin işlənilmə mexanizmi praktiki izah olunub. O qeyd edib ki, yeni qurulmuş sistem vasitəsilə digər mədəniyyət müəssisələri ilə yanaşı, uşaq musiqi məktəblərinin də əməkhaqqı ödəniş cədvəllərinin elektron hazırlanması mümkün olacaq.
Nazirliyin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Vüsal Əsədov, Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev, Büdcə şöbəsinin əməkdaşları Ramil Hüseynov və Elxan Sultanov çıxış edib, iştirakçıların sistemdə yeni dəyişikliklərin edilməsi haqqında rəy və təkliflərini dinləyiblər. Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, bu aydan etibarən muxtar respublikanın bütün mədəniyyət müəssisələrinin əməkhaqqı cədvəllərinin elektron qaydada sistemə işlənilməsi təmin ediləcəkdir.

Paylaş: