Azərbaycanda fevralın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xəbəraztv.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0°-yə yaxın, bəzi yerlərdə 1° şaxta, gündüz 3-5° isti, Bakıda 0°-yə yaxın, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 765 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Fevralın 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 0-3° şaxta olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-8° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə sürətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 6-8° isti, dağlarda gecə 0-3°, gündüz 3-5° isti olacağı ehtimalı var.
Axtar
Xəbər xətti
- Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Hava kəskin soyudu: Bakıya qar yağır
- Ehtiyatlı şəkildə deyirəm ki, həmkarım Bayramovla… – Mirzoyan
- Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
- Azərbaycan Ordusunun “EFES – 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb
- Tərtərdə məktəbin qarşısında dəhşət – bir yumruqla şagirdi öldürdü – YENİLƏNİB – FOTO
- İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
- 2024-cü ilin yanvar-mart aylarında Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
- Gəncədə məktəbli bıçaqlandı
- Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq
- Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verib
- Qeyri-sabit hava bu tarixədək davam edəcək – Rəsmi
- 1 iyuladək icazə alan taksi sürücülərinə şad xəbər – RƏSMİ
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Heydər Əsədov yenidən rektor təyin edildi
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- İyunda ardıcıl 5 gün iş olmayacaq
- Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib
- Coğrafiya İnstitutu: Temperaturun artma tendensiyası davam edəcək
- Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır
- Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
- İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 5 şəhərə xidmət göstərəcək
- Zurabişvili “Gürcü Arzusu”nun Tbilisidə keçirəcəyi mitinqi tənqid edib
- Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxılıb
Təqvim
Copyright © 2024 Xəbər AzTv