Düşmənin dağıtdığı evlər tikilir

bodrum escort bayan

Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə məxsus fərdi evlərə dəyən ziyanın aradan qaldırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayonunda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş obyektlərin sayı bu günə olan məlumata görə, 4 mini keçib. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bərpa və təmir-tikinti işlərinə başlanılıb. Təmiri və bərpası mümkün olmayan yaşayış evlərinin əvəzində 2, 3, 4, 5 otaqlı eynitipli evlərin inşası nəzərdə tutulur. Əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub. Yeni inşa ediləcək fərdi evlərin bünövrəsi qazılır və beton işləri həyata keçirilir.
Düşmənin artilleriya atəşi nəticəsində evi dağılmış Nemət Ərəbov bir gün də olsun ruhdan düşmədiyini bildirib: “Ermənilərin atəşi nəticəsində evimizə bir neçə top mərmisi düşmüşdü. Ev tamamilə yararsız idi. Ancaq buna baxmayaraq təəssüflənmədik, inamımızı itirmədik. Bilirdik ki, arxamızda güclü dövlətimiz, qətiyyətli Prezidentimiz var. Bu gün ailəmiz üçün yeni beşotaqlı evin tikintisinə başlanılır”.
Tərtər şəhər sakini Sahib İsmayılov isə deyib: “Oktyabrın 26-da evimizə “Smerç” tipli raket düşərək, tamamilə dağıtmışdı. Artıq həyətimizdə yeni dördotaqlı evin təməli qoyuldu. Tezliklə ailəmlə birlikdə yeni mənzildə yaşayacağıq. Buna görə dövlətimizin başçısına ailəmiz adından minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.
Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikası Baş nazirinin 2021-ci il 14 yanvar tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu gündən 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlayıb.

Paylaş: