Göyçayda qazimiz qarşılandı – Foto

bodrum escort bayan

Göyçay rayonunda İkinci Qarabağ Müharibəsində qəhrəmancasına döyüşərək yaralanan daha bir qazinin təntənəli qarşılanma mərasimi keçirilib.

İşğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən 44 günlük müharibənin iştirakçısı Cəfərov Afiq Yadigar oğlu qazi kimi doğulduğu kəndinə qayıdıb.
Qazinin qarşılanma mərasimində kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə qazi A.Cəfərov kənd qəbiristanlığında dəfn olunan Birinci Qarabağ müharibəsi zamanı 5 il erməni daşnaqları ilə döyüşən atası Yadigar Əli oğlu Cəfərovu ziyarət edərək onun döyüşdüyü torpaqların alınması xəbərini verib. Daha sonra Birinci Qarabağ müharibəsi zamanı Ağdamda şəhid olan Məhiyev Əlifağa Nadir oğlunun və 44 gün vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Ağayev Ülvi Valeh oğlununun məzarılarını ziyatət edərək ruhuna dualar oxuyublar. Mərasimdə Çıxış edən natiqlər Vətən müharibəsində canından keçən şəhidlərimizin qəhrəmanlıqlarından söz açıblar.

Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixində Afiq Cəfərov könüllü olaraq Səfərbərlik idarəsinin Göyçay şöbəsindən cəbhəyə yola düşüb. 4 noyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlər zamanı yarlananıb.

 

 

Paylaş: