Mirsamir Məmmədov: “Xalqımızla dövlətimizin sarsılmaz birliyi‚ ordumuzun qüdrəti düşmənin və havdarlarının bütün ruhunu məhv elədi”

bodrum escort bayan

Mirsamir Məmmədov: “Xalqımızla dövlətimizin sarsılmaz birliyi‚ ordumuzun qüdrəti düşmənin və havdarlarının bütün ruhunu məhv elədi”

Azərbaycan xalqının sərgilədiyi yüksək vətənpərvərlik‚ həmrəylik və birlik nümayişi düşmənin və bütün havadarlarının iradəsini və ruhunu öldürdü. Bunu mətbuata açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. Xalqımızın düşmən ölkəyə qarşı mübarizə əzmindən və güclü vətənpərvərliyindən danışan M. Məmmədov bildirib ki‚ Tovuz rayonunun Ağdam kəndi istiqamətində ermənilər tərəfdən Dövlət sərhədlərimizə qarşı təxribat yaranan anlardan indiyə qədər Azərbaycan xalqının sərgilədiyi güclü birlik və vətənpərvərlik bütün dünyanı heyrətə gətirib.
İyulun 12-dən‚ Tovuz rayonunun Ağdam kəndi istiqamətində düşmən ölkənin Dövlət sərhədlərimizə qarşı həyata keçirtmək istədiyi təxribat‚ diversiya hərəkətləri başlayan andan indiyə qədər bütün Azərbaycan xalqı və dünyanın bütün ölkələrində yaşayan‚ sayı on milyonlarla olan qəhrəman soydaşlarımız birmənalı olaraq vətənimizin‚ dövlətimizin müdafiəsinə qalxdılar‚ onlar var qüvvəsilə dünyanın hər yerində əsgərlərimizlə və Azərbaycanla birlikdə olduqlarını ifadə etdilər və hal hazırda da dünyanın aparıcı ölkələrinin paytaxtlarında və mərkəzi şəhərlərdə kütləvi şəkildə küçələrə və meydanlara çıxıb bütün dünyaya səslənərək Azərbaycanın ərazi bütövlüyünün bərpasına‚ erməni işğalına son qoyulmağa çağırışlar edirlər. Xaricdəki soydaşlarımız “Qarabağ Azərbaycandır” şüari ilə bütün dünyanın diqqətini bu mövzuya çəkə bildilər. Bu mövzuda çox güclü təşkilatlanma oldu. İnsanlarımız xaricdə var qüvvəsilə vətənimizi və Dövlətimizi müdafiə edirlər. Bu isə bütün düşmənləri qorxuya saldı. Bu səbəbdən ermənilər və bir çox qüvvələr tərəfindən xaricdəki soydaşlarımıza qarşı genişmiqyaslı təxribatlar yaşandı. Amma bütün bütün erməni təxribatlar xaricdəki vətənpərvər soydaşlarımızın mənfur düşmənə qarşı mübarizə əzmini daha da gücləndirdi.
Baş verən erməni təxribatları işğalçı ölkənin özünə qarşı çevrildi və bu isə erməni lobbisinin Azərbaycan dövləti qarşısında ölümcül zərbə alması deməkdir. Los-Anceles polisi erməni təxribatçılarını həbs etdi. Avropa ölkələrində də ermənilərin təxribatları araşdırılır və hər birinə lazımı hüquqi qiymət verilir və veriləcəkdir

Xalqımız tarixən hər zaman vətənpərvər və qeyrətli xalq olub. Son günlərin hadisələri də erməni lobbisini‚ eləcədə ona yaxın çevrələri və bir çox siyasi dairələri vahiməyə salıb. Beynəlxalq dairələr indiyə qədər Azərbaycanda xalqın vahid birliyinin olmadığını zənn edirdilər. Lakin ermənilərin törətdiyi təxribatlar zamanı yaranan gərginliklərdə xalqımızın hər bir nəfəri dövlətimiz və vətənimiz üçün gözünü qırpmadan ölümə gedəcəyini ortaya qoydu. Bütün Azərbatcan xalqı və hər kəs torpaqlarımız üçün ölümü gözə alıb‚ ölkə gəncləri dövlətimizin yolunda‚ vətənimiz uğrunda döyüşüb şəhid olmaq arzusundadır. Hamı bir nəfər kimi dövlət başçısının müvafiq əmrini gözləyir. Ölkə əhalisinin monolit birliyi‚ güclü vətənpərvərliyi‚ ölkəmiz üçün hər kəsin ölümə hazır olması beynəlxalq aləmin və işğalçı ölkənin havadarlarının nəzər nöqtəsinə çevrildi. İndiyə qədər ölkəyə mənfi münasibət bəsləyənlərin və xüsusən ermənipərəstlərin bütün mövcud siyasi baxışlarını xalqımızın vahid birliyi darmadağın etdi. Bütün dünya ölkəmizdə güclü dövlət və güclü xalq olmasına şahid oldular. Bütün dünyaya məlum olduki dövlətimiz və vətənimiz üçün bütün Azərbaycan xalqı tərəddüdsüz ölümə hazırdır. Xalqımızın sərgilədiyi və ortaya qoyduğu qeyrət və misilsiz şücaəti‚ ölkəmizi uğruna öləcək qədər qorumaq və müdafiə etmək əzmi ermənipərəstləri və bütün erməni lobbisini qorxutdu. Hərb cəbhəsində bütün üstünlüklər qüdrətli ordumuzun yüksək döyüş hazırlığı‚ çevikliyi və potensial hərbi bacarığı nəticəsində təmin olundu. Azərbaycan işğalçı ölkəyə də‚ onun havadarlarına da‚ bütün ermənipərəstlərə də göstərdi ki‚ güclü ordumuz erməniləri istənilən an məhv etmək imkanına malikdir. Düşmən tərəf ordumuzun qüdrətini gördü. Bundan sonra artıq BMT Təhlükəsizlik Şurasının işğalçı ölkəyə qarşı qəbul etdiyi Azərbaycan torpaqlarının dərhal boşaldılmasını nəzərdə tutan qətnamələrin icrası tələb edilir. Əsas hücum cəbhəsi burada açılmış olur. İnformasiya cəbhəsində xalqımızın eyni milli birliyi və düşmənə qarşı informasiya hücumu daha sürətli olmalıdır. Dövlət Başçısı torpaqların işğaldan azad olunması yönündə var qüvvəsi ilə çalışır. Dövlətimizin bütün mövqeyinin dəstəklənməsi və qorunması istiqamətində xalqımızın informasiya müharibəsində də səfərbər olması vacibdir. Artıq informasiya əsridir və müharibələr‚ münaqişələr informasiya məkanına inteqrasiya edib. Artıq bütün müharibələr informasiya cəbhəsində aparılır. İnformasiya cəbhəsində dövlətimizin bütün maraqları qorunmalıdır. İnformasiya cəbhəsindı amansız düşmənə qarşı mübarizədə jazırkı status-kvo saxlanmalı və dövlətimizin siyasi diplomatik fəaliyyətinin‚ eləcədə rəsmi mövqeyinin dəstəklənib qorunması çox daha vacibdir. Hərb cəbhəsində xalqımızın birliyi düşmənin bütün ruhunu məhv elədi. Eləcədə xalqımızln mübarizə əzmi‚ dövlətimizi və vətənimizi bu qədər sevməsi‚ insanlarımızın öz canlarını vətən üçün fəda etmək istəmələri müdhiş haldır. Bunu dillə ifadə etmək çətindir. Xalqımızın dərhal ön cəbhəyə getmək‚ düşmənlə üz-üzə döyüşmək və hətta öz canlarını vətən yolunda qurban vermək istəməsinin tək adı var‚ Qeyrət! Azərbaycanın hər nöqtəsindən insanlar bu münaqişədə döyüşmək və şəhid olmaq istəyindədir. Bütün dünya bunu gördü. Qətiyyətlə vurğulayıram ki‚ Azərbaycan xalqının şücaəti‚ bu həqiqi qəhrəmanlığı‚ mətanətlə döyüş meydanına atılıb düşmən qarşısına çıxmaq istəməsi bütün dünya tarixinə düşdü. Dünyanın bir çox telekanlları artıq bunu lentə aldılar. Azərbaycan xalqı öz sarsılmaz və qırılmaz iradəsi ilə bu münaqişədə qalibdir. Artıq bütün dünya gördüki xalqımız öz şirin canından keçməyə hazırdır və istənilən an‚ müharibə başlayan zaman dərhal döyüş meydanına atılacaq. Birmənalı olaraq bu‚ belədir. Bütün dünya xalqımızın dövlətimizi və dövlətimizin başçısı möhtərəm cənab Ali Baş Komandanı necə dəstəkləməsini gördülər. Bütün dünya gördüki Azərbaycan prezidenti xalqa arxalanır və gücünü xalqdan alır. Çünki xalqımızın hər bir fərdi dövlət başçısının siyasətinin müdafiəsinə qalxdı. Beynəlxalq birlik də xalqımızın dövlət başçısını necə dəstəkləməsinə şahid oldular. Və dünya böyük heyrət içindədir. Cənab Ali Baş Komandan xalqın dəstəyini qazanaraq uğurla addımlamaqdadır. İşğalçı ölkədə isə bunun tam əksinin şahidi olduq. İşğalçı ölkədə milli birlik və milli mübarizə əzmi sıfıra bərabərdir. ermənistan demoqrafik vəziyyətdədir və səfalət içərisindədir. Ermənistanda xalqın dövlətə dəstəyi və inamı da ölmüş haldadır. Azərbaycanda insanlar döyüşmək və şəhid olmaq istədikləri halda ermənistanda bunun əksi nümayişi olundu‚ insanlar və hətta erməni əsgərləri döyüş meydanında‚ cəbhə xəttindən qaçarkən‚ Azərbaycan xalqı cavanlı və qocalı hər kəs döyüşmək arzusundadır. Azərbaycanda insanlar Qarabağ üçün ölümə hazır olduğu halda Ermənistdanda demoqrafik vəziyyətdir və erməni əhalisi ölkəsinin işğal etdiyi Azərbaycan əraziləri ilə bağlı siyasətinə qəti şəkildə etiraz edir.

Təkcə bu faktlar Ermənistanla müqayisədə Azərbaycan dövlətinin gücünün‚ qüdrətinin və nüfuzunun hansı yüksəkliklərdə olmasını ifadə etmiş olur. Elə bütün düşmən qüvvələri və bütün ermənipərəstləri qorxudan da məhz bu amildir‚ xalqımızın ölüm bahasına belə dövlətimizi‚ dövlət başçısını və vətənimizi müdafiə etməsi. Amma bu günə qədər düşmən qüvvələr bunun tam əksini düşünürdülər‚ lakin cəbhədəki gərginlik hər şeyi aşkara çıxartdı. Xalqımızın iradəsi düşmən qüvvələrin Azərbaycana qarşı olan bütün anti-kampaniyalarını‚ planladıqları müxtəlif təxribatları‚ eləcədə beynəlxalq təşkilatların sərgilədiyi ikili standartlar siyasətini yerlə yeksan etdi. Beynəlxalq siyasi dairələr və işğalçı ölkənin havadarları da məsələnin ciddiliyini anlayırlar. Xalqımızın qüdrətli və sarsılmaz iradəsi ilə buna nail olduq. Beynəlxalq dairələr də‚ bütün ermənipərəstlər də‚ Ermənistanın havadarları və müttəfiqləri də qarşılarında əzmkar‚ sarsılmaz iradəli‚ ölkəmizin ərazi bütövlüyü üçün canından keçəcək qədər savaşacaq bir xalq gördülər. Düşmən qüvvələr üçün bu bir dəhşətdir. Azərbaycan xalqı kişilik‚ qeyrət və misilsiz şücaət göstərdi. Cəbhədə düşmənin iradəsini və döyüş əzmini qıran amillərdən biri bu idi. Bundan sonrakı siyasi proseslərdə də Dövlətimizin mövqeyinin dəstəklənib müdafiə olunması‚ informasiya cəbhəsində də beləcə fədakarlıqla və əzmkarlıqla mübarizənin davam etdirilməsi qalibiyyət deməkdir. Artıq hesab etmək olar ki‚ xalqımız bütün düşmən qüvvələrin dərsini verdi. Bu son günlərin gərgin anları xalqla dövlətin mükəmməl birliyini və xalqın dövlətə olan dəstəyini təzahür etdi. Dövlət Başçısının şəxsi göstərişi və nəzarəti altında yerlərdə rayon icra hakimiyyətlərinin başçıları‚ yüksək rütbəli şəxslər şəhidlərimizin son mənzilə yola salınmasında şəxsən iştirak etdilər. Şəhid valideynlərinin vətənimizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş‚ şərəf və ləyaqətlə şəhid olmuş ovladlarının dəfnində fəxrli dayanmaları bir qürur hissi doğururdu. Şəhid valideynlərinin də simasında döyüşmək əzmi açıq aşkar sezilir. Xalqımız və xüsusən döyüşlərdə şəhid olmuş əsgərlərimizin valideynlərinin sarsılmaz iradəsi bizim qələbəmizi şərtləndirən və düşmənləri qorxuya salan bir haldır. Nümayiş olunan birlik və sərgilənən qeyrət dövlətimizin gücünə bir daha böyük güc qatmış oldu. Azərbaycan xalqına eşq olsun. Düşmənin əzmi və iradəsi sındırıldı. Düşmən ölkə xalqımızın iradəsindən və ordumuzun gücündən qorxaraq vəziyyətdən çıxış yolları axtarır. Hər kəs əmin olsun ki‚ Azərbaycan dövləti bütün diplomatik və siyasi danışıqları böyük məharətlə həyata keçirtməkdədir. Gərəkli olan bütün addımlar Dövlətimiz və xüsusən Dövlətimizin Başçısı tərəfindən atılır.
Cəbhədə yaranan gərginliklərin işıqlandırılmasında medya orqanlarının yüksək çevikliyi və peşəkarlığı da diqqətdən yayına bilməz. Medya mənsubları da mükəmməl peşəkarlıq sərgilədilər. Heçbir dezinformasiya yayılmadı və heçbir düşmın təxribatına gedilmədi‚ düşmənin heçbir təxribatı işə yaramadı. Jurnalistlərimizin xəbər yayımında diqqətli və ehtiyatlı davranmaları da böyük təqdirəlayiq hal oldu. Azərbaycan mətbuatının göstərdiyi vətənpərvərlik nümunəsi də beynəlxalq aləmin və xüsusən ermənipərəst düşmən qüvvələrin diqqətindən yayına bilməz. Mətbuatımız da düşmənlərə sarsıdıcı zərbə vurdu. Düşmən ölkə və onun bütün havadarları‚ erməni lobbisi və ermənipərəst siyasi dairələr‚ qarşılarında hər sahədə inkişaf etmiş‚ mükəmməl və güclü Azərbaycan gördülər. Azərbaycan mətbuatının‚ ölkə ictimaiyyətinin və xalqımızın vətənpərvərlik nümayişi‚ düşmənlə bütün savaş cəbhələrində göstərilən prinsipial və şiddətli mübarizə və eləcədə ordumuzun yüksək vətənpərvərlik ruhunda və mükəmməl döyüş qabiliyyətində olması güclü bir Azərbaycanın varlığından xəbər verdi.
Bunu son olaraq belə xarakterizə etmək daha dəqiq olardı ki‚ Bizim əsgərlərimiz ölümün üzərinə yeridiyi halda‚ erməni əsgəri döyüşdən qaçır. Bizim xalqımız hamı bir nəfər kimi döyüşmək istədiyi halda‚ erməni xalqı döyüşün dayandırılmasını istəyir. Bizim Generalımız mətanətlə vuruşaraq şəhidlik zirvəsinə yüksəldiyi halda‚ erməni generalı postu qoyub qaçır!.
İşğalçı ölkəylə heç vaxt müqayisə belə oluna bilmərik.
Bu səbəblərdən bizim xalq da‚ bizim əsgərimiz də ölümsüzdü.
Bütün bu faktorlar düşmən qüvvələrin qarşısını məharətlə kəsdi. Azərbaycan hər sahədə olan üstünlüyü sayəsində mövcud situasiyada qalibdir‚ deyə politoloq vurğulayıb.

 

Paylaş: