Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.
Bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilir.Qeyd edilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət tələb etməsi və alması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
“Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.İş üzrə toplanmış ilkin sübutlar əsasında Hümbət Nəbiyev şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.İstintaq zamanı cinayət əməlinin törədilməsində iştirak etmiş bütün şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir”, – məlumatda vurğulanır
Axtar
Xəbər xətti
- Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq
- İlham Əliyev qırğızıstanlı həmkarını COP29-a dəvət edib
- Xankəndidə ilk körpə dünyaya gəldi
- RAMAZANDAN SONRA BUNLARI EDİN – VACİB MƏSLƏHƏTLƏR
- Bayram namazının vaxtı AÇIQLANDI
- Aprelin 7-də bu rayonlarda buraxılış imtahanları keçiriləcək – SİYAHI
- Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri AÇIQLANDI
- İsmayıllıda dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
- Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü başlayıb
- Konqo Respublikasının Prezidenti ölkəmizə rəsmi səfərə gəlib
- Ordumuzun Aprel qələbəsindən 8 il ötür
- Mövqelərimiz atəşə tutuldu
- Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb
- Aprelin ilk günü üçün hava proqnozu açıqlanıb
- 31 Mart soyqırımından 106 il keçir
- Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirib
- “Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq”
- Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?
- Əməkdar artist vəfat etdi
- Bu avtomobillərlə taksi işləmək qadağan olundu
- Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqlədi
- Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq
- Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
- Təhsil müəssisələrində ilk iş günü bu tarixdə olacaq
- Bakıda oteldə yanğın olub, 25 nəfər təxliyə edilib
Təqvim
Copyright © 2024 Xəbər AzTv