Kürdəmirdə velosiped yük avtomobilinə çırpılıb, ölən var

bodrum escort bayan

Kürdəmir rayonunda velosiped avtomobilə çırpılıb.

ZamanAzTv.info xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şıxımlı kənd sakini, 2007-ci il təvəllüdlü Kənan Tural oğlu Nəbiyev velosipedlə hərəkətdə olarkən həmkəndlisi, 1998-ci il təvəllüdlü Nicat Məlik oğlu Məlikovun idarə etdiyi “QAZel” markalı yük maşınına çırpılıb. Nəticədə K.Nəbiyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: