105 yaşlı Azərbaycan ədliyyəsi

bodrum escort bayan

Cümhuriyyət dövründə ədliyyəsinin yaşadığı şanlı tarixə, o cümlədən ədliyyə nazirlərinin keçdikləri çətin və şərəfli yola,ölkəmizin milli hüquq sistəmindəki islahatlara qısa nəzər yetirək. Cümhuriyyət dövründən başlayaraq müasir günümüzə qədər ( 1918-2023-cü illər ərzində) 105 illik Azərbaycan ədliyyəsində görülən işlər özünün layiq olduğu tarixi qiymətini almaqdadır. Çünki bu gün ölkəmizdə ədliyyə və məhkəmə sahəsində qazanılan nailiyyətlər məhz Cümhuriyyət dövründə qoyulan təməl prinsiplərin məntiqi davamı və uğurla həyata keçirilən ədliyyə siyasətinin səmərəli nəticəsidir.
Azərbaycanda ədliyyə sisteminin şərəfli anları 1918 -ci ildə Azərbaycan
Demokratik Respublikasının yaranması ilə başlanır.1918-ci il may ayının 28_də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır və çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir. Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 28-də süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir və yerinə Xalq Ədliyyə komissarlığı yaradılaraq,onun səlahiyyətlərinə qanunvericilik layihələrin hazırlanması, məhkəmə işçilərinin seçilməsi,təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə komissarlığının yenidən fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi,Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edilir. Belə ki,27 oktyabr 1970- ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan Ədliyyə tarixində yeni mərhələ başladı. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə Ədliyyə işi təkmilləşdirərək onun gələcək inkişafı üçün zəmin yarandı. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra Ədliyyə orqanlarınin işinin müasir tələblər səviyyəsində qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərərək 22 noyabr-1918 ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildi və Ümumilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi.
O gündən ədliyyə işçiləriöz peşə bayramlarını qeyd edirlər. Ümumilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai -siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna ,o cümlədən məhkəmə-hüquq islahatlarına başlanmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilmiş, ədliyyə orqanlarının səlahiyyətləri və onun qarşısında yeni vəzifələr qoyulmus, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşmışdır. Azərbaycan prezidenti seçilməsinin ilk dövrlərindən Ədalət mühakiməsinin səmərəsinin artılırmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən etibarən məhkəmə sisteminin daha da müasirləşdirərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan müstəqil qurum – Məhkəmə-Hüquq Şurası yaradılıb, məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlər məhz onun səlahiyyətinə aid edilib. Məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın asanlaşdırılması məqsədilə bir çox yeni məhkəmələr təsis edilib, o cümlədən bölgələrdə apellyasiya və iqtisad məhkəmələri yaradılıb. İnsan hüquqlarının müdafiəsində mühüm rol oynayan inzibati ədliyyə fəaliyyətə başlayıb, hakimlərin və məhkəmə aparatı işçilərinin sayı iki dəfə artırılıb. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyə mütərəqqi əlavə və dəyişikliklər edilib, Məhkəmə – Hüquq Şurasının səlahiyyətləri mütəmadi genişləndirilib. Bu sahədə aparılan uğurlu islahatlar məhkəmələrə əlçatanlığı təmin edib, süründürməçiliyin azaldılmasına müsbət təsir göstərib, xidmətlərinin səmərəliyini artırıb. Prezident İlham Əliyevin “Məhkəmə – hüquq sistəmində islahatların dərinləşməsi haqqında” 2019- cu il 3 aprel tarixli Fərmanına əsasən bir sıra mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyən etməklə bu sahədə ən aktual məsələlərinin və problemlərinin həllini nəzərdə tutulan Fərman müstəsna əhəmiyyətə malik proqram xarakterli “yol xəritəsidi” Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliyinin artırılması və süründürməçilik hallarının aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması və sair problemlərin həllində qarşıya mühüm vəzifələr qoyulub. Muasirləşdirmə prosesinin növbəti mərhələsi “Elektron Məhkəmə” sisteminin bütün ölkə ərazisində tədbiqini , qadınlar və gənclər üçün ədliyyə xidmətlərinə çıxış imkanlarının təkmilləşdirilməsini , biznes üçün mübahisələrin alternativ həlli mexanizmlərinin təşviqi istiqamətində işlərin görülməsini nəzərdə tutulur. Səyyar xidmətlərə təlabatın artması ilə əlaqədar xüsusi “Elektron notariat çantası” hazırlanıb.Elektron notariat informasiya sistemində birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətlərini aparmaq və sənədlərini çap edib,təqdim etmək mümkündür. Digər yenilik elektron ədliyyə köşküdür. Yalnız Azərbaycanda mövcud olan bu köşk vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkündür. Bu köşklərin sərhəddə,hava və dəniz limanlarında,dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulur. Bu qurğular video əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan yaradır. Belə köşk artıq hava limanında quraşdırılıb. Dövlət başçısının cəza siyasətinin humanistləsdirməsi barədə 2017- ci il 10 fevral tarixli Sərəncamına əsasən, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəli təşkili məqsədilə probasiya xidməti yaradılıb. Azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub. Azərbaycanda aparılan məhkəmə islahatları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edilir. Bir sözlə Ədliyyə Nazirliyi yarandığı tarixdən keçən dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb.
Bu il peşə bayramımızı Ali Baş komandamızın rəhbərliyi altında Vətən müharibəsinin qalibi kimi qeyd edirik. Şəhidlərimiz ruhu şad ,tələbələrimiz daimi olsun.

Ağdaş rayon Qeydiyyat şöbəsi şöbəsinin rəisi

Teymur Mustafayev

Paylaş: