2023-cü ilin yanvar-sentyabr aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 379969,5 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz çox ümumi məhsul buraxılışı olmuşdur.
Məhsul və xidmətlərin 69,9 faizi istehsal sahələrinin, 30,1 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Məhsul və xidmətlərin 10,0 faizi sənaye, 28,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 48,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatı,11,1 faizi tikinti, 0,5 faizi informasiya və rabitə sahələrində istehsal edilmişdir.
Sənaye. 2023-cü ilin yanvar-sentyabr aylarında sənaye istehsalı indeksi 102,7 faiz təşkil etmişdir. Sənaye məhsulunun 0,5 faizi mədənçıxarma sənayesinin, 88,4 faizi emal sənayesinin, 11,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və 0,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Kənd təsərrüfatı. 2023-cü ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 185644,2 min manat təşkil etmişdir ki, onun da 54677,8 min manatı heyvandarlıq, 130966,4 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bitkiçilik. 2023-cü ildə 20314,3 hektar sahədə kənd təsərrüfatı bitkilərinin cəmi əkini aparılmışdır. Bu da ötən illə müqayisədə 613,8 hektar və ya 3,1 faiz çoxdur. Əkin sahəsinin 13324,5 hektarını dənli və dənli paxlalı bitkilər, 191,0 hektarını kartof, 665,3 hektarını tərəvəz, 56,5 hektarını bostan, 6077,0 hektarını çoxillik otlar təşkil edir.
Cari ildə 229,9 hektar yeni bağlar salınıb, ümumilikdə 6941,6 hektar meyvə və giləmeyvə bağları mövcuddur.
2023-cü ilin 01 oktyabr vəziyyətinə dənli və dənli paxlalı bitkilərin 13140,5 hektar sahəsindən 35579,7 ton məhsul toplanmışdır. Onlardan 6539,0 hektar buğda sahəsindən 18310,0 ton məhsul, 6554,5 hektar arpa sahəsindən 17042,0 ton məhsul, 40,0 hektar dən üçün qarğıdalı sahəsindən 206,7 ton məhsul, 7,0 hektar çəltik sahəsindən isə 21,0 ton məhsul yığılmışdır.
Mövsümün əvvəlindən sahələrdən 3022,1 ton kartof, 56376,3 ton tərəvəz, 1191,2 ton bostan, 53594,6 ton meyvə və giləmeyvə toplanmışdır. Məhsulların toplanışı davam edir.
Heyvandarlıq. 2023-cü ilin yanvar-sentyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 6678,0 ton ət, 16170,0 ton süd, 16223,0 min ədəd yumurta, 124,7 ton yun istehsal edilmişdir.
2023-cü il oktyabrın 1-i vəziyyətinə 37553 baş iribuynuzlu mal-qara, o cümlədən 18703 baş inək və camış, 67120 baş qoyun və keçi mövcud olmuşdur.
Tikinti. 2023-cü ilin yanvar-sentyabr aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 43398,1 min manat vəsait yönəldilmişdir. Vəsaitin 97,0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 3,5 dəfə artmışdır. İstifadə edilən investisiyanın 40038,4 min manatı dövlət mülkiyyətinin, 3359,7 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
Pərakəndə ticarət və ödənişli xidmət. 2023-cü ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 339155,3 min manat olmaqla 2022-ci ilin müvafiq dövrünə nisbətən 36659,4 min manat və ya 0,7 faiz artmışdır.
2023-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 66520,7 min manat olmuşdur.
Nəqliyyat, informasiya və rabitə. 2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 505,0 min ton yük və 8484,0 min nəfər sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50,0 min ton və ya 11,0 faiz yük, 1396,0 min və ya 19,7 faiz sərnişin daşınması çox olmuşdur.
2023-cü ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1935,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 399,8 min manat və ya 26,0 faiz çox xidmət göstərilmişdir.
Demoqrafik vəziyyət. 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə əhalinin sayı 464 nəfər və ya 0,4 faiz artaraq 118311 nəfərə çatmışdır.
Əhalinin ümumi sayından 34320 nəfəri (29,0 faizi) şəhər, 83991 nəfəri (71,0 faizi) kənd sakinləridir. Əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində 986 doğulan körpə və 555 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 11,1, ölüm səviyyəsi isə 6,3 təşkil etmişdir.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Rayon Qeydiyyat Şöbəsi tərəfindən 413 nikah və 123 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7, boşanmaların sayı 1,4 olmuşdur.
Bu ilin ilk doqquz ayında rayona daimi yaşamaq üçün 66 nəfər gələn və 33 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 33 nəfər təşkil etmişdir.
Əməkhaqqı və yeni iş yerləri. 01 oktyabr 2023-cü il vəziyyətinə iqtisadiyyatda məşğul olanların sayı 52864 nəfər olmaqla rayon əhalisinin 44,7 faizini təşkil edir.
01 sentyabr 2023-cü il vəziyyətinə məşğul əhalinin 11478 nəfəri muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 2023-cü ilin yanvar-avqust ayları üzrə 572,7 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artmışdır.
Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2023-cü ilin yanvar-sentyabr aylarında 2968 nəfər olmuşdur.
2023-cü il oktyabr ayının 1-i vəziyyətinə 1-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 27-si isə mövcud müəssisə və təşkilatlarda olmaqla 28 yeni iş yeri açılmışdır.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2023-cü ilin sentyabr ayında 2023-cü ilin avqust ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından kartofun, soğanın, göyərtinin, kələmin, lobyanın, almanın, armudun, uzun düyünün, şəkər tozunun qiyməti uçuzlaşmışdır. Eyni zamanda pomidorun, xiyarın, kökün, süfrə çuğundurunun, badımcanın, şirin bibərin, üzümün, şaftalının, yumurtanın, buğda ununun, qarabaşaq yarmasının qiyməti bahalaşmışdır.
2023-cü ilin sentyabr ayında 2022-ci ilin sentyabr ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından mal ətinin, qoyun ətinin, quş ətinin, uzun düyünün, manna yarmasının, şəkərin qiyməti bahalaşmışdır. Eyni zamanda yumurtanın, kərə yağının, buğda ununun, pendirin, qarabaşaq yarmasının qiyməti ucuzlaşmışdır.
Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır.
Axtar
Xəbər xətti
- Bu məntəqələrdə seçkinin nəticələri ləğv OLUNDU
- Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
- Baş Dövlət Yol Polisi idarəsi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
- Toy etmək istəyənlərə PİS XƏBƏR – Sentyabr və oktyabrda…
- Prezident Olimpiya medalçılarını mükafatlandırdı – Məbləğ açıqlandı
- Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edildi – Siyahı
- Bu tarixdən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq
- Prezident Fərman imzaladı – əmək müqavilələri bu qaydada bağlanacaq
- Hava proqnozu: Sabah, avqustun 13-də hava durumu necə olacaq?
- Prezident İlham Əliyev MÜHÜM SƏRƏNCAM imzaladı
Təqvim
Copyright © 2024 Xəbər AzTv