
Azərbaycanda ən böyük körpünün inşasına başlanacaq.
Xəbəraztv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsi ilə bağlı bu gün Bakıda keçirilən ictimai dinləmələrdə “Gidrotransproyekt” Elmi Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev deyib.
O bildirib ki, yeni körpü Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda inşa ediləcək:
“Həmin ərazi sürüşmə zonası olduğundan orada böyük körpünün inşası planlaşdırılıb. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq”.
Xəbəraztv.Az