Azadsöz.az xəbər saytının fəaliyyətə başlamasından 2 il ötür

bodrum escort bayan

Bu gün media sahəsində öz dəsti xətti və operativliyi ilə seçilən Azadsöz.az-ın xəbər portalının 2 yaşı tamam olur.Xəbər portalı iki il ərzində özünəməxsus xidməti ilə seçilib və qısa müddət ərzində geniş izləyici auditoriyası toplamağa müvəffəq olub. 2 il bir media orqanı üçün uzun tarix sayılmasa da, azadsöz.az bu müddət ərzində çətin və məsuliyyətli yolda daima irəliyə doğru addımlamağı qarşısına məqsəd qoyub.

Xəbər portalının kollektivi obyektivliyi və qərəzsizliyi hədəfə alaraq 7/24 saat müddətində ölkədə və dünyada baş verən müxtəlif yönümlü hadisələrlə oxucuların xəbər ehtiyaclarını tam şəkildə ödəməyi bacarıb. Daima yeniliklər axtarışında olan sayt rəhbərliyinin və kollektivin əsas məqsədi media sahəsində aparıcı mövqedə dayanmaq olub.

Bizdə Xəbəraztv.az.portalı olaraq saytın rəhbəri və təsisçisi Səbuhi Eltonlunu və kollektivini səmimi qəlbdən təbrik edir,gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Hörmətlə; Rəśid Ağagüloğlu.

Paylaş: