Seymur Orucov müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu Aşağı Kəsəmən kənd yaşayış məntəqəsində keçirib

bodrum escort bayan

Xəbəraztv.Az-ın məlumatına göre Aşağı Kəsəmən kənd tam orta məktəb binasının akt zalında keçirilən qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak ediblər. Qəbuldan əvvəl RİH başçısı çıxış edərək ölkəmizin inkişafının və tərəqqisinin əsasını təşkil edən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasi xəttindən, sosial-iqtisadi dayanıqlığından, hökm sürən ictimai-siyasi sabitlikdən və hərbi qüdrətindən bəhs edib. Həmçinin qeyd olunub ki, güclü zəlzələyə məruz qalmış qardaş Türkiyəyə təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə dövlətimiz tərəfindən zəruri təxirəsalınmaz tədbirlərin icrası davam etdirilir, o cümlədən Ağstafa RİH tərəfindən zəlzələ ərazisinə 5 ədəd modul tipli yaşayış konteyneri göndərilib, eyni zamanda humanitar yardım kampaniyalarında şəxsi təşəbbüsləri ilə iştirak edən Ağstafa sakinlərinin yüksək fəallığı da əsil qardaşlıq nümunəsidir. Ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq Ağstafanın inkişafı istiqamətində icra olunan abadlıq-quruculuq və sosial infratsruktur layihələr də bir daha diqqətə çatdırılıb. Qəbulda vətəndaşların müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələ ilə bağlı qanunamüvafiq izahatlar və həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlar verilib. Aşağı Kəsəmən kəndinin ağsaqqal və ziyalıları təbii fəlakətlə bağlı qardaş Türkiyəyə göndərilən yardımlara, eləcə də Ağstafa rayonuna göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Paylaş: