Nəhəng gücdə hücum kimi müdafiə – DETALLAR

bodrum escort bayan

Ötən həftə Senat “Müdafiə büdcəsi haqqında” (NDAA) qanununu təsdiqlədi. NDAA ABŞ siyasi sisteminin çox vacib elementi hesab olunur və palata/partiyalar arasında ziddiyyətlərin kəskinlik dərəcəsindən asılı olmayaraq hər il qəbul edilir. Cari akt iki palatanın aylarla danışıqlardan sonra razılığa gəldiyi kompromisli variantıdır. Nümayəndələr Palatası bəzi ölkələrə silahların ötürülməsi məhdudiyyətlərinə, respublikaçılar isə hərbçilərin məcburi vaksinasiyasının ləğv edilməsinə nail olub, qanunu təsdiqlədilər. Hərbi büdcənin ilbəil artmasından narazı olan liberallar və xərclər üzərində ciddi nəzarət tələb edən bəzi mühafizəkarlar aktın əleyhinə səs versələr də, 83 səs çoxluğu ilə qanun Ağ Evə imzalanmağa göndərildi.

Xəbəraztv.Az Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, NDAA hypersonic silahların hazırlanmasına, Havay adalarında Red Hill yanacaq anbarının bağlanmasına, Lockheed Martin şirkətindən yeni F-35 qırıcılarının, General Dynamics şirkətindən isə hərbi gəmilərin alınmasına əlavə vəsaitlər ayırıb. 11 ədəd yeni hərbi gəmiyə $32,6 mlrd. mövcud hərbi dəniz qüvvələrinin saxlanmasına $5,9 mlrd., sursatların alınmasına isə $2,7 mlrd. vəsait ayrılıb. Arleigh Burke adlı esminetsin və 31 ədəd desant gəmisinin saxlanılması Ağ Ev tərəfindən məqsədəuyğun sayılmasa da, Konqres bu gəmilərin istismar müddətinin uzadılması üçün əlavə vəsait ayırdı. Bayden dənizdən buraxılan nüvə başlıqlı qanadlı raket proqramını ləğv etməyə çalışsa da, NDAA çərçviəsində bu proqrama $25 mln. pul ayrılıb. NDAA-da UH-60 Blackhawk helikopterlərin, CH-47 ağır helikopterlərin və MQ-1 Grey Eagle dronlarının alınmasına da böyük vəsaitlər ayrılıb.2022-ci ildə hərbi hava qüvvələrinin arsenalına 6-cı nəsil B-21 bombardmançı təyyarə daxil oldu. Təyyarə 4-cü nəsil B-2 bombardmançılarını xatırlatsa da, müdafiə naziri L.Ostinə görə heç bir uzaqmənzilli bombardmançı B-21-ə səmərəlilik baxımından çata bilməz. İddiaya görə B-21 ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yayına bilir. B-21-in ən bahalı layihələrdən biri olacağını güman etmək olar. Müqayisə üçün bildirək ki, radio dalğaları və görünən işığı udan unikal örtüyünü qorumaq üçün 4-cü nəsil B-2 $5 mln. dəyərində kondisionerli anqarlarda saxlanılır. B-21 daha qabaqcıl texnologiyaya malik olduğundan olduğundan onun təkcə saxlanılması büdcəyə çox baha başa gələcək.

NDAA Ukraynaya da böyük yardımı nəzərdə tutur. ABŞ-da Rusiya ilə danışıqlara dair çağırışlar (H.Kissincer) olsa da CİA müdiri V.Börnsə görə Rusiya indi ciddi danışıqlara hazır deyil. Forbes-in hesablamalarına görə Rusiya müharibəyə büdcənin 1/4 hissəsini xərcləyib. Reuters-in fikrincə isə Rusiya 2023-cü ildə büdcənin 1/3 hissəsini müharibəyə xərcləyəcəkdir. Buna cavab olaraq Bayden növbəti ildə Ukraynaya $21,7 mlrd. bergama vip escort
yardımın ayrılmasını planlaşdırır. Bu məbləğin $8 mlrd.-ı yüksək dəqiqliyə malik sursatların alınmasına xərclənəcək. Vəsaitlərin cəlb edilməsi ilə yanaşı general P.Rayderə görə ABŞ Ukrayna hərbçilərinə Almaniyada yerləşən poliqonlarında keçirilən hərbi təlimlərin sayını artıracaqdır.NDAA-nın nəzərəçarpan hissəsi Çinin artan gücündən çəkindirilməsinə ayrılmışdır. Səsvermədən qabaq Senatda çoxluq lideri Ç.Şumer Çinin Asiyadan tutmuş Afrika və Yaxın Şərqə qədər hər yerdə ABŞ-ın çeşme masöz escort maraq və tərəfdaşlıq əlaqələrini sarsıtmağa cəhd etdiyini bildirdi. Şumerə görə NDAA ABŞ-ın Hind-Sakit okean regionunda mövqelərini möhkəmləndirəcəkdir. Çindən asılılığını azaltmaq üçün NDAA hərbi sənaye üçün həyati-vacib əhəmiyyət kəsb edən nadir torpaq elementlərinin təchizatına $1 mlrd. vəsait ayırır. Tayvana $10 mlrd. hərbi yardım ayrılsa foça escort bayan da Tayvan bu məbləği Pentaqon vasitəsilə yox, Dövlət Departamentinin qrantları formasında almağı məqsədəuyğun sayır.

Xəbəraztv.Az

Paylaş: