Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Xəbəraztv.Az-a verilən məlumata görə Göyçay rayon Statistika İdarəsindən verilən məlumata əsasən; 2022-ci ilin yanvar-sentyabr aylarında Göyçay rayonunda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əsasən 287153,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

Məhsul və xidmətlərin 64,2 faizi istehsal sahələrinin, 35,8 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

Məhsul və xidmətlərin 24431,2 min manatı və ya 8,5 faizi sənayedə, 148132,6 min manatı və ya 51,6 faizi kənd təsərrüfatında, 11883,0 min manatı və ya 4,1 faizi tikintidə, 3767,9 min manatı və ya 1,3 faizi nəqliyyatda, 1535,3 min manatı və ya 0,5 faizi rabitədə, 97403,7 min manatı və ya 34,0 faizi ticarət və xidmət sahələrində istehsal edilmişdir.

Sənaye. 2022-ci ilin yanvar-sentyabr aylarında sənaye istehsalı indeksi 101,4 faiz təşkil etmişdir.

Sənaye məhsulunun 82,0 faizi emal sənayesinin, 16,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.

Kənd təsərrüfatı. 2022-ci ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 148132,6 min manat təşkil etmişdir ki, onun da 45466,9 min manatı heyvandarlıq, 102665,7 min manatı isə bitkiçilik məhsullarının payına düşür.

Bitkiçilik. 2022-ci il üçün 19700,5 hektar sahədə kənd təsərrüfatı bitkilərinin cəmi əkini aparılmışdır. Bunun 12393,0 hektarı dənli və dənli paxlalı bitkilər (çəltik istisna olmaqla), 302,0 hektarı çəltik, 926,5 hektarı kartof, tərəvəz və bostan bitkiləri, 6079,0 hektarı çoxillik otlardır.

6809,0 hektar meyvə və giləmeyvə sahəsi mövcüddur ki, bunun 147,9 hektarı yeni salınmışdır.

Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Oktyabrın 1-i vəziyyətinə dənli və dənli paxlalı bitkilərin (çəltik istisna olmaqla) 12393,0 hektarının hamısı biçilib və həmin sahələrdən 42256,6 ton məhsul yığılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 631,8 ton və ya 1,5 faiz az məhsul götürülüb. Orta hesabla hər hektardan 34,1 sentner məhsul yığılıb.

Bundan başqa, 302,0 hektar çəltik sahəsinin 156,0 hektarından 715,0 ton məhsul yığılıb, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 265,0 ton və ya 58,9 faiz çox məhsul götürülüb. Hər hektardan orta hesabla 45,8 sentner məhsul götürülüb. Çəltiyin yığımı davam edir.

Mövsüm ərzində 657,1 hektar sahədən 48019,8 ton tərəvəz, 192,0 hektar sahədən 3072,0 ton kartof, 55,0 hektar sahədən 1277,2 ton ərzaq üçün bostan məhsulları yığılıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə 914,3 ton (1,9 faiz çox) tərəvəz, 799,5 ton (35,2 faiz çox) kartof, 607,2 ton çox (90,6 faiz çox) bostan məhsulu yığılıb. Tərəvəzin yığımı davam etdirilir.

2022-ci ilin doqquz ayında 40042,2 ton meyvə və giləmeyvə məhsulu toplanılıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 483,8 ton və ya 1,2 faiz çoxdur.

Heyvandarlıq. 2022-ci ilin yanvar-sentyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 6044,0 ton ət, 16028,0 ton süd, 16703,0 min ədəd yumurta, 124,0 ton yun, bundan başqa 4,5 ton barama istehsal olunmuşdur.

2022-ci il oktyabrın 1-i vəziyyətinə 36684 baş iribuynuzlu mal-qara, o cümlədən 18246 baş inək və camış, 57120 baş qoyun və keçi mövcud olmuşdur.

Tikinti. 2022-ci ilin yanvar-sentyabr aylarında iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4095,9 min manat vəsait yönəldilmiş, onun 94,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 94,1 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 2,7 dəfə çox olmuşdur. İstifadə edilən investisiyanın 1977,6 min manatı dövlət mülkiyyətinin, 2118,3 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

Tikinti müəssisələri tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 11883,0 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7899,4 min manat və ya 2,9 dəfə çox olmuşdur.

Pərakəndə ticarət və ödənişli xidmət. 2022-ci ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 302495,9 min manat olmaqla 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 40907,3 min manat və ya 1,5 faiz artmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 faiz artaraq 52557,2 min manat olmuşdur.

Nəqliyyat, informasiya və rabitə. 2022-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 455,0 min ton yük və 7088,0 min nəfər sərnişin daşınmışdır. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,0 min ton və ya 11,8 faiz yük, 1480,0 min və ya 26,4 faiz sərnişin daşınması çox olmuşdur.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1535,3 min manatlıq və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 192,9 min manat və ya 14,4 faiz çox xidmət göstərilmişdir.

Demoqrafik vəziyyət. 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə əhalinin sayı 582 nəfər və ya 0,5 faiz artaraq 123588 nəfərə çatmışdır.

Əhalinin ümumi sayından 37345 nəfəri (30,2 faizi) şəhər, 86243 nəfəri (69,8 faizi) kənd sakinləridir. Əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində 1133 doğulan körpə və 603 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 12,3, ölüm səviyyəsi isə 6,5 təşkil etmişdir.

2022-ci ilin doqquz ayı ərzində qeydiyyat şöbələri tərəfindən 508 nikah və 119 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı 1,3 olmuşdur.

Cari ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün 65 nəfər gələn və 13 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 52 nəfər təşkil etmişdir.

Əməkhaqqı və yeni iş yerləri. 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə məşğul olanların sayı 58442 nəfər olmaqla əhalinin 47,3 faizini təşkil edir.

Məşğul əhalinin 11615 nəfəri və ya 19,9 faizi muzdla işləyənlərdir. 2022-ci ilin yanvar-avqust aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 512,6 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz artmışdır.

Regional Məşğulluq filialında rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 552 nəfər olmuşdur.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 4-ü yeni yaradılmış hüquqi şəxslərdə, 34-ü isə mövcud hüquqi şəxslərdə olmaqla 38 yeni iş yeri yaradılmışdır.

Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2022-ci ilin sentyabr ayında 2022-ci ilin avqust ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, pomidor, xiyar, badımcan, şirin bibər, quş əti, yumurta, kərə yağı, buğda unu, uzun düyü, pendir, şəkər, şəkər tozu, karamel, peçenyenin qiymətləri bahalaşmışdır. Eyni zamanda göyərti, kələm, kök, süfrə çuğunduru, lobya, armud, naringi, şaftalı, qarabaşaq yarmasının qiymətləri ucuzlaşmışdır.

2022-ci ilin sentyabr ayında 2021-ci ilin sentyabr ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından mal əti, qoyun əti, quş əti, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozu, karamel, peçenyenin qiymətləri bahalaşmışdır.

Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır.

Paylaş: