Göyçayda daha bir idarə rəhbəri vəzifəsindən azad edildi

Xəbəraztv.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin müvafiq əmrinə əsasən Göyçay rayon Abadlaşdırma və Təmir İdarəsinin rəhbəri Şöhrət Saleh oğlu Cəfərov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Şöhrət Cəfərovun vəzifəsi müvəqqəti olaraq Məmmədağa Məcid oğlu Məcnunova həvalə edilib.

Paylaş: