Kürdəmir Suvarma Sistemləri idarəsinin gördüyü işlər

Kürdəmir rayonunda suvarılmanın mütəşəkkil aparılması və su istifadəçilərinin suvarma suyu ilə tam təmin etmək üçün Kürdəmir Suvarma Sistemləri idarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam etdirilir.Hazırda Kürdəmir rayonu əkin sahələrinin suvarılmasında qızğın dövrünü yaşayır. Adı çəkilən idarədə son dövürdə edilən rəhbər dəyişkənliyi və təyin edilmiş rəis Mirəlif Əzizovun göstəriş və tapşırı ilə idarənin Baş mühəndisi Rəşad Qəmbərovun təşkilatçılığı ilə idarənin maddi texniki bazası gücləndirilmiş və muvafiq gündəlik iş planları üzrə işlər davam etdirilir. Bu məqsədlə cari ilin 6 ayında rayonda görülmüş tədbirlər nəticəsində ümumilikdə 69526 ha əkin sahəsinin suvarılmasına xidmət göstərir. Kənd təsərrüfatına xidmət edən bu adı çəkilən idarə suvarılan əkin sahələrinin 34000 hektarı mexaniki üsulla qalan 35526 ha isə öz axımı ilə suvarılır. Bu aylar ərzində 396 km suvarma kanalları lildən təmizlənib, 74 ədəd hidrotexniki qurğuəar cari təmir edilib , 2km asma nov kanallar təmir edilib.Beton kanalların cari təmiri 1,5 km, elektrik mühərriklərinin cari təmiri 7 ədəd,nəqliyyat vasitələrin təmiri 3, mexanizmlərin təmiri isə 3 ədəd olmuşdur.İdarə umumillikdə rayonun 59 kəndinə və 3 qəsəbəsinin əkin sahəsinin suvarılmasına xidmət edir.İdarənin rayon üzrə gələcək iş planında Söyüdlər, Carlı, Şilyan kəndlərində asma növ kanalların yenidən qurulması, Tophəsənli kəndində Tophəsənli beton kanalının yenidən qurulması nəzərdə tutulur. Görülən işlər rayonda fəaliyyət göstərən fermerlərin işini asanlaşdırır.

Xəbərin müəllifi – Rəşid Rüstəmov

Paylaş: