Mingəçevir şəhər Dizenfeksiya Stansiyası tərəfindən görülən işlər

Ölkənin digər şəhər və rayonlarında olduğu kimi, Mingəçevir şəhərində də Dizenfeksiya, Dizenseksiya və eləcədə Deratizasiya işləri davam etməkdədir.Mütamadi olaraq şəhərin bütün çoxmərtəbəli binalarında, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işləri həyata keçirilir.Havanın temperaturu yüksəldikcə ziyanverici həşəratların və gəmiricilərin sürətlə çoxalması baş verir. Bu çoxalmaya xüsusilə çoxmənzilli binaların zirzəmilərində, parklarda, həmçinin iaşə obyektlərində rast gəlinir. Bu isə şəhər sakinlərinin rahatsızlığına, natəmizliyə, eyni zamanda bir sıra xəstəliklərin yaranması səbəb olur.
Xəbəraztv.Az-ın məlumatına görə , Mingəcevir Şəhər Dizenfeksiya Stansiyası tərəfindən hazırlanmış qrafikə uyğun olaraq hər gün profilaktik tədbirlər həyata keçirilir. Bütün çox mənzilli binalarda həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı beş dəfə dezinfeksiya və derotizasiya tədbirləri həyata keçirilir. Bundan əlavə əhali ilə maarifləndirici söhbətlər aparılır və stansiyaya daxil olan muraciətlərin həlli üçün stansiyanın əvədeici Baş həkimi İsa Hacıyev tərəfindən tapşırıqlar verilir. Adı çəkilən Stansiya şəhərdə 11 Mənzil İstismar Sahəsi (MİS),QRES ərazisində olan binalar ayda 2 dəfə Dizenfeksiya,Deratizasiya və Dizenseksiya edilir.
Qarşıdakı aylarda da mütəmadi olaraq profilaktik tədbirlərin davam etdirilməsi nəzərdə tutulub

Xəbərin müəllifi- Rəşid Rüstəmov

Paylaş: