Soçidə hansı dəhlizlərdən danışıldı?

bodrum escort bayan

“Putin dünən niyə “Zəngəzur dəhlizi” ifadəsini işlətmədi, Soçi bəyanatında niyə “Zəngəzur dəhlizi” ifadəsi yoxdur?” Rusiyanın Soçi şəhərində Rusiya və Azərbaycan prezidentləri, Ermənistanın baş naziri arasında keçirilən görüşdən sonra sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox verilən, az qala ritorika səviyyəsinə çatdırılan sual budur.

Rusiya prezidenti Vladimir Putin dünən çıxışında bəyan etdi ki, regionda nəqliyyat kommunikasiyalarının açılması və bərpası ən önəmli məsələlərdən biridir. Bu zaman o, “nəqliyyat dəhlizləri” söylədi.

Niyə “nəqliyyat dəhlizləri”? Putin nəyi nəzərdə tutdu? Bəlkə yanıldı, axı sadəcə, Zəngəzur dəhlizi var gündəmdə.

Yox, Putin səhv etməyib.

O, son 9 gündə artıq ikinci dəfədir ki, “nəqliyyat dəhlizləri” ifadəsini söyləyir.

Noyabrın 18-də, Rusiya XİN-nin əməkdaşları ilə görüşündə də Putin “nəqliyyat dəhlizləri” söyləmişdi.

Rusiya prezidenti hansı nəqliyyat dəhlizlərini nəzərdə tutur?

Laçın dəhlizi var, Zəngəzur dəhlizi müzakirə olunur. Zəngəzur dəhlizinin işə salınması sadəcə, Azərbaycan və Türkiyənin yox, Rusiya Federasiyasının da geosiyasi məqsədləri arasındadır.

Ötən ilin noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmuş Zəngəzur dəhlizində tərəf olmaq Şərqlə Qərb arasındakı yeni nəqliyyat marşrutuna nəzarət rıçaqlarından birinə yiyələnmək deməkdir.

Rusiya buna can atır.

Ermənistanın mövqeyi isə aydındır: İrəvan bu dəhlizdən pay umur, tarif qismində pul almaq istəyir.

Soçi görüşünə gəldikdə isə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə mütəmadi görüşləri və danışıqları, habelə Ermənistanın baş naziri Nikol Paşinyanla olan azsaylı müzakirələri kimi tarixi olaylar deyil.

Soçi görüşü işgüzar şəraitdə, üç saat davam edən fikir mübadiləsi idi.

Vladimir Putin münaqişəni çözməkdə vasitəçilik etməyə çalışır və eyni zamanda Rusiyanın maraqları ilə mənafelərinin təminatını da unutmur.

Bu, öz yerində.

Soçi görüşünün ən önəmli məqamı isə odur ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatdı.

“9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün bəndlərinin bundan sonra da ardıcıl icra edilməsinə və ciddi riayət olunmasına bağlılığımızı təsdiq etdik”, “vacib töhfəsini qeyd etdik”, “addımların atılması barədə razılığa gəldik”, “vacibliyini vurğuladıq” – bütün bunlar sırf diplomatik leksika, siyasi lüğətin qaçılmaz və təbii məqamlarıdır.

Önəmli, vacib olan isə bölgədə kommunikasiyaların və nəqliyyat dəhlizlərinin – “nəqliyyat dəhlizi”nin yox – bərpası ilə bağlı əldə edilən razılaşmadır.

Rusiya isə bir daha nümayiş etdirdi ki, Moskvanın proseslərdə aktiv iştirakı olmadan Ermənistanın adekvat davranışı və imzaladığı bəyanatlara riayət etməsi, sadəcə, mümkün deyil.

Heç təsadüfi deyil ki, Vladimir Putin açıqlamasında “sərhədlərin demarkasiyası və delimitasiyasına keçidə imkan verəcək mexanizmlər müzakirə olundu” söylədi.

Yəni Azərbaycanla Ermənistan arasında hazırda faktiki olmayan dövlət sərhədlərinin müəyyənləşdirilməsi üçün Rusiya sabiq Sovetlər Birliyi dövründən qalmış xəritələrdən istifadəni əsas şərtlərdən biri sayır.

Əsas odur ki, Soçi görüşünün gündəmi Azərbaycanın tələbləri və proqramı əsasında oldu.

Baş nazirlərin müavinləri səviyyəsində aparılacaq müxakirələr isə işlək mexanizmlərin hazırlanmasına yönəlmiş sənədlərin əldə olunmasıdır.

Xəbəraztv.Az

Paylaş: