Nazirlər Kabineti dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydasını təsdiqləyib.
Bu barədə Xəbəraztv.Az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Qaydaya əsasən, reabilitasiya müəssisələrinin strukturu və əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbul edilməsi və müəssisədən çıxarılması qaydaları müəyyən edilir.
Bununla yanaşı, dövlət reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərin tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və peşə-əmək tədbirlər sistemi vasitəsilə reabilitasiyasının aparılması müəyyən edilib.
Əlilliyi olan şəxslər Fərdi Reabilitasiya Proqramında təsdiq olunmuş reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə reabilitasiya müəssisələrinə qəbul edilirlər. Müəssisəyə qəbula ən azı 2 (iki) iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) göndərilir.
Həmçinin qaydada əlilliyin erkən diaqnostikası, sağlamlığın qorunması tədbirləri, ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə (dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında müvafiq ödənişli xidmətlər göstərilməsi əks olunub.
Axtar
Xəbər xətti
- Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirib
- “Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq”
- Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?
- Əməkdar artist vəfat etdi
- Bu avtomobillərlə taksi işləmək qadağan olundu
- Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqlədi
- Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq
- Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
- Təhsil müəssisələrində ilk iş günü bu tarixdə olacaq
- Bakıda oteldə yanğın olub, 25 nəfər təxliyə edilib
- Güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
- İlin ilk Ay tutulması başa çatıb
- Dolu düşəcək, güclü külək olacaq – XƏBƏRDARLIQ
- Bu xəstəxanada yeyinti olub – Cinayət işi açıldı
- Böyük Britaniyanın Baş naziri Prezident İlham Əliyevə məktub göndərib
- Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər
- DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edildi
- Qarabağda polislərimiz ehtiyatsızlıqdan həlak oldu
- Azərbaycanda bu avtomobillərin qiyməti kəskin ucuzlaşacaq
- Azərbaycan İsraildən “Sky Dew” aerostatını aldı
- Ramazan ayının ilk günündə hava necə olacaq?
- Bu gün 53 mindən çox şagird buraxılış imtahanı verib
- Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib Mehriban Əliyeva
- İlham Əliyev Mixail Mişustinlə görüşdü
- Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ
Təqvim
Copyright © 2024 Xəbər AzTv