Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

bodrum escort bayan

Azərbaycanda aprelin 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xəbəraztv.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 15-19° isti, Bakıda gecə 8-11°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 0-4° şaxta, gündüz 7-12°, bəzi yerlərdə 15-20° isti olacağı ehtimal edilir.
Sinoptiklərin xəbərdarlığına görə, gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin əsəcəyi, arabir 15-18 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Paylaş: