Goranboyda polis əməkdaşları şəhid ailələrinə bayram sovqatı paylayıblar

bodrum escort bayan

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə bayram sovqatları paylayıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Xəbəraztv.az-a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Novruz bayramı münasibətilə onları təbrik ediblər.



Paylaş: