Qisasımız qiyamətə qalmadı

bodrum escort bayan

Qisas qiyamәtә qalmadı
Elmin , texnikanın , mәdәniyyәtin inkişafı , bәşәriyyәtin tәrәqqisi әsri kimi xarakterizә olunan 20-ci yüzillik eyni zamanda böyük , amansız cinayәtlәrin hәyata keçirildiyi , 2 dünya müharibәsinin baş verdiyi әsr kimi tarixin yaddaşında qalacaq.XX әsrdә insanlığın mәruz qaldığı amansız qәddarlıqlar içәrisindә alman faşistlәrinin qeyri millәtlәrә , xüsusәn yəhudilərə qarşı , erməni faşistlərinin isə türk xalqlarına , xüsusən Azәrbaycan türklәrinә qarşı törәtdiklәri ağlasığmaz cinayәtlәr öz miqyasına görә bәşәriyyәtin mәruz qaldığı digәr cinayәtlәrdәn seçilir.
Törәtdiklәri cinayәtlәrdәn , zorakılıqlardan, insana verdiklәri ağır, tükürpәdәn, damarlarda qan donduran, işgәncәlәrdәn hәzz alan, utanmadan etdiyi cinayәtlәri öz aralarında qәhrəmanlıq kimi qәlәmә verәn, beynәlxalq alәmdә isә özünü әzabkeş , mәzlum xalq kimi qәlәmә verәrәk göz yaşları tökәn ermәnilәrin xalqımıza qarşı törәtdiklәri cinayәtlәr içәrisindә Xocalı faciәsi öz dәhşәti ilә seçilir.
1992-ci ilin fevral ayının 2-ci yarısından başlayaraq Xocalı ermәni silahlı dәstәlәri tәrәfindәn mühasirәyә alınmışdı vә hәr gün toplardan,ağır texnikadan atəşə, həmlələrə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlandı. Xocalıya üç istiqamətdən hücum aparılıdğından əhali Əsgəran istiqamətində qaçmaq məcburiyyətində qalmışdı.Tezliklə aydın olmuşdu ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsildi və onlar şiddətli atəşə tutuldular. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran -Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi.
Həmin günlərdə Azərbaycanın silahlı qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi mümkün olmadı. Bu zaman isə ermənilər helikopterlərlə ağ geyimli qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır,aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 helikopterlə azərbaycanlıların həlak olduqları yerə çata bildilər, gördükləri mənzərə hamını dəhşətə gətirdi-düzənlik cəsədlərlə dolu idi. İkinci helikopterin havada mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün olundu. Martin 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha dəhşətli vəziyyət müşahidə olunub. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, çox saylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edildi.
Xocalı şəhəri yerlə-yeksan edildi. Rəsmi məlumata görə 613 nəfər, qeyri-rəsmi məlumatlara görə isə 1000 nəfərə yaxın Xocalı sakini məhv edildi , 1275 nəfərdən artıq dinc sakin girov götürüldü, 150 nəfər isə itkin düşdü.
Xocalıda törədilmiş soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca öldürülmüş,8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyinini , 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Xocalı faciəsi ilə bağlı yerli və xarici mətbuatda minlərlə məqalə yazılmış, yüzlərlə şahid ifadələri yazıya və lentə köçürülmüş, xeyli sayda bədii əsərlər-şeir və hekayələr qələmə alınmışdır.
Tapdadılar, çeynədilər, diddilər
Ayaqlandı bir millətin namusu .
Tikələndi neçə insan cəsədi ,
Çilikləndi neçə insan arzusu
Bu dərd qoymaz mən yüksəlim, ucalım –
Xocalım!
Xocalı faciəsindən sonra yaranan əsərlərdə faciənin dəhşəti qələmə alınmaqla yanaşı ,xalqımızın qələbəyə inamı, Xocalının və digər işğal olunmuş torpaqlarımızın azad olunacağına, günahsız qurbanların qisasının alınacağına sonsuz ümidi öz əksini tapmışdır
Xocalı faciəsindən keçən illər ərzində biz həmişə qələbəyə inamımızdan , nahaq tökülən qanların qisasının alınacağına olan ümidlərimizdən danışmışıq , yazmışıq.
1992-ci ildən bəri keçən 29 il ərzində ilk dəfədir ki , qürurla deyirik : Torpaqlarımız işğaldan azad olundu , ərazi bütövlüyümüz bərpa edildi , biz bir millət kimi nəyə qadir olduğumuzu bütün dünyaya göstərdik.
2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibə xalqımızın , dövlətimizin parlaq qələbəsi ilə başa çatdı.Qadir Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı altında arzularımızı reallaşdırdı , xəyallarımızı həqiqətə çevirdi.
Erməni faşistlərinin üzərində qələbənin əldə əldə edilməsində Göyçay rayonunun qəhrəman oğullarının da böyük xidmətləri oldu. Göyçaylı qazilər xalqımızın digər övladları ilə yanaşı misilsiz qəhrəmanlıqlar göstərdilər. Göyçaylı şəhidlər öz canları, qanları bahasına torpaqlarımızın azad olunmasına olan ümidlərimizi reallaşdırdılar, arzularımızı çin etdilər.
44 günlük döyüşlərdə Göyçay rayonu 46 şəhid verdi. Onlar öz qanları ilə vətən torpağını suvararaq əbədiyyətə qovuşdular, adlarını vətənimizin hərb salnaməsinə həkk etdilər. Onlardan cəmi 9 nəfəri evil idi. 9 nəfərdən 8-i atalıq sevincini yaşamış, övlad şirinliyi duymuşdu. Onların hamısının — polkovnik Babək Səmidlinin , polkovnik-leytenant Vidadi Xəlilovun, 18 yaşlı Azər Əliyevin , 19 yaşlı Orxan Kərimlinin 20 yaşlı Elnur Əliyevin, 23 yaşlı Azad Kərimlinin və onların 40 nəfər şəhid silahdaşının, qardaşının bir arzusu, bir amalı var vardı : Torpaqlarımızı işğaldan azad etmək, müqəddəs Azərbaycan bayrağını düşmən tapdağından azad edilmiş torpaqlarımızda dalğalandırmaq. Onların arzusu həyata keçdi. Onlar canlarını qurban verməklə qələbəni əlçatan etdilər. Onlar həlak oldular ki, Vətən yaşasın. Biz indi qürurla deyirik ki,ötən əsrin 90-cı illərindən üzü bəri vətən uğrunda canını qurban verənlərin, mənfur düşmən tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən uşaqların,qocaların, qadınların qisası alındı. Şəhid ruhları göylərdən azad olunmuş torpaqlarımiza, o cümlədən Xocalıya sevinclə baxırlar.
Ölkəmizin bir çox yerlərində Xocalı faciəsinə, Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş abidələr ucaldılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında qeyd edib ki, Xocalı şəhərində Xocalı qurbanlarının xatirəsini əbədiləşdirən abidə ucaldılacaq və orada Xocalı muzeyi yaradılacaq.
Bu gün işğaldan azad olunan torpaqlarımızda artıq quruculuq və bərpa işlərinə başlanılıb. Böyük qayıdışa çox az qalıb. İnsanlar azad olunmuş torpaqlarda yenidən məskunlaşmağı səbirsizliklə gözləyirlər.
Bu gün qələbə sevincini yaşayan xalqımız, əvvəllər yaşadığımız faciələrin bir daha təkrarlanmaması üçün daha sıx birləşir, vətənimizin keşiyində daha sayıq dayanır. Azərbaycan tarixi sınaqdan zəfərlə çıxdı, qisas qiyamətə qalmadı. Bu tarixi qələbə Azərbaycan dövlətinin, xalqının əzmini , qüdrətini bir daha sübut etdi. Dünya Azərbaycanı qalib ölkə, xalqımızı qalib xalq kimi tanıdı.
İllərlə sərvəti talanan millət,
Torpağı odlara qalanan millət,
Şuşada bayrağı ucalan millət
Gözü dola-dola dedi; Qələbə

Könül Məmmədova
Göyçay Rayon Qeydiyyat şöbəsinin rəisi

Paylaş: