Xaçmaz RİH-də yeni kadr təyinatları olub

bodrum escort bayan

Xaçmaz Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr teyinatı olub.Xəbəraztv.az xəbər verir ki, Fərzəliyev Vüqar Yadigar oğlu RİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir, Ağayev Elşən Xanağa oğlu isə böyük məsləhətçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fərzəliyev Vüqar Yadigar oğlu 1974-cü ildə Xaçmaz şəhərində anadan olub. O, Vətən müharibəsi iştirakçısıdır. Ehtiyyatda olan mayor V.Fərzəliyev “Silahlı Qüvvələrin 10 illik Yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, “Silahlı Qüvvələrin 90 illik Yubileyi” və “Qüsursuz xidmətə görə 1-ci dərəcəli” medallarla təltif edilib.

Ağayev Elşən Xanağa oğlu isə 1992-ci ildə Xaçmaz rayonu Niyazoba kəndində anadan olub. O da Vətən müharibəsi iştirakçısıdır Ehtiyyatda olan baş leytenant E.Ağayev “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş: