Tərtər rayonunda payızlıq səpin üçün indiyədək 3120 hektarda şum qaldırılıb

       

Bölmə : Bölgə Tarix : 11 Sentyabr 2020

Taxıl zəmilərindən bol məhsul götürən Tərtər fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.
Tərtər Rayon Statistika İdarəsindən bildiriblər ki, gələcək yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonunun təsərrüfatlarında 3120 hektar sahədə şum qaldırılıb.
Qeyd edək ki, 2020-ci təsərrüfat ili üçün Tərtər rayonunda 10 min 599,8 hektar sahədə taxıl becərilib, 42 min 56,1 ton məhsul əldə edilib. Məhsulun 25 min 620 tonu buğda, 16 min 436,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 42,3 sentner, arpa sahələrində isə 36,2 sentner olub.

Axtar

Xəbər xətti

Təqvim


Məzənə

 Valyuta məzənnəsi