Mirsamir Məmmədov: “Cəbhədə vəziyyət gərginləşən gündən daxildəki 5-ci kolonun üzvləri düşmənin yararına olan hər işi etdilər”

bodrum escort bayan

Mirsamir Məmmədov: “Cəbhədə vəziyyət gərginləşən gündən daxildəki 5-ci kolonun üzvləri düşmənin yararına olan hər işi etdilər”.

Radikal müxalifət‚ bəzi dini cərəyanlara qoşulmuş quruplar‚ xaricdə ölkəmizi hədəf almış söyüş çetesinin nümayəndələri olan əxlaqsızlar və daxildəki bilinən və bilinməyən 5-ci kolon üzvləri Dövlətçiliyimizi hədəf alıblar və bu anti-milli ünsürlər ölkəyə zərbə vurmağa çalışırlar. Cəbhədə erməni təxribatı başlayandan bunlar da ermənilərlə birgə Azərbaycana və ölkəyə qarşı hər formada hücuma keçdilər.

Bunu mətbuata açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki‚ biz hər zaman xalq və Dövlət olaraq güclüyük və qüdrətliyik!
Bütün Azərbaycan xalqı dinindən‚ inancından‚ milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bu gün Dövlətimizə və ordumuza dəstək nümayiş etdirir‚ bütün Azərbaycan xalqı dövlətimizlə və ordumuzla həmrəyliyini göstərir. İyulun 12-də Tovuz rayonunun Ağdam kəndi istiqamətində Dövlət sərhədlərimizə düşmən tərəfindən təxribatçı hücumlar baş verərkən və mülki şəxslər atəşə tutulduğu zaman‚ bir nəfər 70 yaşlı mülki sakinimiz və biri General olmaqla hərbi rütbəli qulluqçularımız şəhid edilərkən‚ iki sinif kəsimi dövlətimizə‚ xalqımıza‚ şanlı ordumuza və şərəfli əsgərlərimizə dəstək ifadə etdiklərini görə bilmədik‚ radikal müxalifət və vaxtilə İranlı generalın ölümünə yas tutanları. Daim ölkəmizi təhdid edən iranlı terrorçu general öldükdə bütün günü ah-vay edən‚ bütün günü iranlı generalın şəkillərini paylaşıb yas tutanlar bu gün qətiyyən yoxdular. Sual olunur ki‚ qeyrətli və şərəfli bir Azərbaycan generalı‚ qeyrətli bir vətən oğlu‚ xalqın dəyərli övladları şəhid oldular və həmin iranlı generala yas tutan sizlər haradasınız?? Bu gün kimin nə olduğu‚ hara‚ kimlərə və hansı maraqlara xidmət etdiyi çox aydın görünür. Dini kəsimlə birgə radikal müxalifət də ənənəvi siyasətinə sadiq qalaraq yenə ordumuzun‚ Dövlətimizin və xalqımızın yanında olmadı və əksinə radikal müxalifət düşmən dəyirmanına su tökməyə‚ ölkədə qarışıqlıq yaratmağa‚ çaşqınlıq və təxribatlar törətməyə çalışdılar. Onların bir qismi ölkəmizin Ali Qanunverici Orqanı olan Milli Məclisin binasına hücum edərək oranı işğal etmək istədilər‚ Tovuz rayonunun Ağdam kəndi istiqamətində Dövlət sərhədlərimizə qarşı təxribatçı hücumlar olarkən‚ məhz xarici məkrli qüvvələrin‚ erməni lobbisinin və ermənipərəst mərkəzlərin diktəsilə hərəkət edən bir çox radikal müxalifət üzvləri daxildə xaos və qarışıqlıq yaratmaq məqsədilə Millətin Məclisi sayılan Ali Qanunverici Orqanın binasına basqın edərək binaya xəsarətlər yetirdilər və binada dağıntılar törətdilər. Bu isə əsl ermənipərəstlik və ermənidən daha artıq ermənilikdir. Radikal müxalifətin vətənə və xalqa xəyanəti təkcə bununla da bitmir‚ onlar hər vəchlə ordumuza və şanlı əsgərlərimizə ləkə yaxmağa‚ ordumuzun nüfuzuna zərbə vurmağa‚ əsgərlərimizə qara yaxmağa‚ Dövlətçiliyimizi baltalamağa‚ daxildə çaşqınlıq və qarışıqlıq yaratmağa və var qüvvələrilə təxribatlar törətməyə‚ Dövlətin‚ xalqın və ölkənin nüfuzuna xələl gətirən‚ ölkəni nüfuzdan salmağa hesablanmış‚ Dövlətin və xalqın qanunla qorunan milli maraqlarına və Dövlətin və xalqın təhlükəsizliyinə zərbə vurmağa hesablanmış şər böhtan və yalan dolu məlumatlar yaymağa və ölkəyə zərbə vurmağa çalışaraq xalqımıza və vətənə xəyanət etdilər. Radikal müxalifət hər zamankl kimi‚ vətən xainliyi edərək‚ vətənə və xalqa xəyanət yolunu seçib. Onlar ölkəmizin bütün milli maraqlarını ermənipərəst qüvvələrə satıblar. Gecə gündüz erməniləri dəstəklədilər. Onların yarısı daxildə bu xainliyi etdilər‚ yarısı da xaricdə müxtəlif ölkələrdə erməniləri açıq mətnlərlə televiziya ekranlarında‚ mətbuatda və sosial şəbəkələrdə erməniləri var qüvvələrilə və bütün imkanları ilə dəstəkləyərək bütün milli maraqlarımızı ayaqladılar‚ əsl xainlik etdilər. Radikal müxalifətin bir çox üzvləri burada və xaricdə ermənilərə haqq qazandıraraq ölkəmizə qarşı erməni terrorçularının hücumlarını dəstəklədilər‚ Azərbaycanı ermənilərlə bu münaqişədə günahkar bildilər‚ vətəni müdafiə etməyi şivənlik adlandırdılar‚ vətəni müdafiə etməyi və ermənilərə qarşı ölkəni və xalqı qorumağımızı səhv yol adlandırdılar‚ düşmənin yararına olan hər işi etdilər. Düşmən tərəf özünün uduzduğunu görüb radikal müxalifətin əlilə təxribatlar yaratmaq istədi. Xaricdə Azərbaycanlıların vətəni‚ Dövləti və əsgərlərimizi var qüvvələrilə müdafiə etdiyini görüb dərindən vahiməyə düşdü və sapı özümüzdən olan baltara göstəriş verərək sabotaj və təxribat məqsədli çağırışlar edərək xalqımızın və soydaşlarımızın birliyinə zərbə endirsinlər. Düşmən tərəf‚ erməni lobbisi hər dəfə olduğu kimi‚ yenə də sapı özümüzdən olan təxribatçı radikal müxalifətin vasitəsilə xaricdə meydanlara çıxan Azərbaycanlıların vətəni və Dövləti müdafiə etməkdən çəkindirmək əməliyyatlarına başladı. Xaricdə və ölkə daxilində olan bütün radikal müxalifət üzvləri ermənilərin bu sifarişini və istəyini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxdılar və əllərindən gələni etdilər.
Əvvəla‚ müharibə şəraitində olan bir ölkədə bütün siyasi mövqelər birləşdirilir‚ siyasi opponentlik‚ şəxsi maddi maraqlar bir tərəfə atılır‚ ancaq Dövlət maraqları‚ ölkənin ərazi bütövlüyü‚ Dövlətin suverenliyi‚ xalqın təhlükəsizliyi‚ ölkənin və dövlətin müdafiəsi‚ bir sözlə vətənin qorunması‚ ən prioritet və əsas məsələ olmalıdır. Bütün sivil ölkələrdə mövcud qayda budur. İlk olaraq Dövlətin‚ xalqın və ölkənin müdafiəsi ən başlıca məsələdir. Hər bir ölkənin müdafəsində onun müxalifəti də iştirak edir‚ Dövləti dəstəkləyir‚ Dövlətçiliyin qorunmasına çalışır‚ Dövlətə və orduya var qüvvəsilə dəstək verməyə çalışır‚ bütün imkanlarını səfərbər edərək ordu ilə həmrəylik nümayiş etdirir və ölkənin milli maraqlarının qorunması seqmentindən çıxış edir. Bu‚ bütün sivil ölkələrdə belədir. Amma və lakin Azərbaycandakı xarici qüvvələrin göstəriş və diktəsini icra edən radikal müxalifət nəinki ordumuzla həmrəylik nümayiş etdirmir‚ hətta ordumuzun nüfuzuna qara yaxır‚ ordumuzun döyüş potensialına ictimai qaydada zərbə endirməyə çalışırlar. Xalqımızın Dövlətimizə və şanlı ordumuza canıyla‚ qanıyla dəstək nümayiş etdirdiyi və ordumuzla həmrəylik göstərdiyi bir vaxtda radikal müxalifətin ordumuza dəstək nümayiş etdirməməsi bu kəsimin erməni lobbilərinə xidmət etməsinin açıq təzahürüdür. Radikal qüvvələrin ordumuza dəstək verməməsi bir yana‚ hələ bir neçə gündür daxildə təxribatçılıq etməyə‚ ordumuza və dövlətimizə aidiyyatı olmayan dezinformasiyalar uyduraraq müxtəlif tipli şayiələr yayaraq ölkədə çaşqınlıq‚ qarışıqlıq və təxribat yaratmağa can atırlar. Xüsusən xaricdəki müxalifətçilər və bir çox vətən xainləri ölkəmizin ünvanına heçbir həqiqətə sığmayan yalan və böhtan dolu ifadələr səsləndirərək qürurumuz olan ordumuza qara yaxmağa və ordumuza ləkə yaxmağa çalışırlar. Bu qeyd etdiyim hallar birmənalı olaraq vətən xainliyidir. Bu gün vətənimizin və ölkəmizin müdafiəsi günüdür. Bu gün heçbir siyasi opponentlik olmamalıdır. Bu gün bütün siyasi düşüncələr bir kənara atılmalı və ordumuzun yanında olmalı‚ ordumuzla və Dövlətimizlə həmrəylik nümayiş etdirərək birgə addımlanmalıdır. Çox təəssüfki‚ xarici düşmən qüvvələrin və ermənipərəst dairələrin oyuncağı olan daxildəki 5-ci kolon və anti-milli ünsürlər bu gün daxildə Dövlətimizə və ordumuza qarşı əks mövqe sərgiləyirlər və vətən xainliyi edərək düşmən dəyirmanına su tökürlər. Xalq özü bütün bunları görür və hər şeyi xalq özü dəyərləndirir. Elin gözü tərəzidir. Siz xainlər. Heç bir zaman xalqımızla‚ dövlətimizlə və ordumuzla‚ əsgərlərimizlə birgə olmadınız. Sizlər heç vaxt vətənin müdafiəsində olmadınız. Daim dövlətçiliyimizi baltalamağa‚ ölkəni nüfuzdan salmağa‚ Dövlətimizi və xalqımızı arxadan‚ kürəyindən vurmağa çalışdınız və hər zaman vurdunuz da!! Tarix hər şeyi olduğu kimi yazacaq.
Sizləri nə ALLAH bağışlamayacaq‚ nə xalq‚ nə üzərində gəzdiyiniz bu torpaq və nə də bu vətən!

ALLAH ölkəmizə‚ Dövlətimizə və xalqımıza yardımçı olsun. ALLAH vətənimizi daxildəki xainlərdən və daxildəki düşmənlərdən qorusun! AMİN.

Paylaş: