Mirsamir Məmmədov: “Döyüş bölgəsində gərginlik baş verən zaman informasiya yayımında dövlət maraqları yüksək səviyyədə qorunmalıdır!

       

Bölmə : Müsahibə Tarix : 27 İyul 2020

Mirsamir Məmmədov: “Döyüş bölgəsində gərginlik baş verən zaman informasiya yayımında dövlət maraqları yüksək səviyyədə qorunmalıdır!

Yayımlanan hər bir informasiya bizim daim qələbəmizə və Dövlətçiliyimizin qorunmasına‚ Dövlətimizin güclənməsinə xidmət etməlidir..

Döyüş bölgəsində yaranan istənilən bir gərginliklə bağlı yayılan informasiyalarda ehtiyatlı olmağın vacibliyindən danışan siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov Azərbaycan ordusunun yüksək peşəkarlığından‚ mükəmməl döyüş qabiliyyətindən və düşmən üzərində qazanılan üstünlüklərdən bəhs edib. Politoloq bildirib ki‚
Azərbaycan ordusu cəbhə xəttində yüksək üstünlük əldə edib. Ermənilərin təxribat məqsədilə Dövlət sərhədlərimizə olan hücumlarının və atəşkəsi pozma cəhdlərinin qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb. Düşmənin xeyli sayda texnikası və canlı qüvvəsi məhv edilib. Hal hazırda cəbhədəki bütün əməliyyat şəraiti ordumuzun yüksək nəzarəti altındadır. Hər kəs əmin olsun ki‚ Azərbaycan dövləti düşmən üzərində hərcür üstünlüyə malikdir. Ordumuz düşmənə layiqli cavab verdi. Düşmən tərəfi böyük itgilərlə üzləşib. Cəbhə xətti və bütün sərhəd boyu ərazilərdə lazımı təhlükəsizlik təmin edilir. Bir çox qüvvələrin sabotaj və təxribat xarakterli məlumatlar yaymağa çalışması insanları çaşdırmağa hesablanıb. Rəsmi qurumların və Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatından savayı yayılan və həqiqətə sığmayan bütün informasiyalar Azərbaycan ictimaiyyətini çaşdırmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi məlumatından başqa heçbir kənar xəbərlərin rəsmi və hüquqi əsası yoxdur. Azərbaycan ictimaiyyəti bu kimi məsələlərdə son dərəcə ehtiyatlı olmalı və düşmən tərəfin yararına olacaq informasiyalara və eyni zamanda düşmən ölkənin müəyyən hiylə və təxribat məqsədilə yaydığı xəbərlərə istinad və etibar olunmamalı‚ ölkə maraqlarına zidd informasiyaların yayılmaması üçün son dərəcə diqqətli və tədbirli davranılmalıdır. Rəsmi məlumatlardan savayı yayılan istənilən bir fikir və istənilən bir xəbər ölkəmizin əleyhinə olacaq addımdır və yayılması düşmən qüvvələrə xidmət edir. Hüquqi və rəsmi əsası olmayan istənilən bir xəbərin yayılması çaşqınlıq və təxribat məqsədi daşıyır və bu kimi informasiyaları yaymaqda olan hər kəs ciddi məsuliyyət daşıyır. Rəsmi və hüquqi əsası olmayan‚ dövlət maraqlarına zidd olan istənilən bir informasiya ölkəmizə və dövlətçiliyimizə qarşı təhdid yaradır. Bunun üçün cəbhə bölgəsindən istənilən mətbuat xəbərlərinin hazırlanmasında və sosial şəbəkələrdə fikir paylaşıldığında dövlətimiz‚ dövlətçiliyimiz və ölkəmiz üçün daxildən və xaricdən təhdid yaradacaq fikirlərdən uzaq olmaq lazımdır.
Xüsusən cəbhəyanı və düşmənlə sərhəd boyu ərazilərdə yaşayan şəxslər bilməlidir ki‚ əsla və qətiyyən Silahlı Qüvvələrimizə aid hər hansı bir texnikanı‚ hərəkətdə olan hər hansısa hərbi obyektləri‚ silah‚ sursat və əsgər daşıyan hərbi maşın və texnikaların və ya daimi dislokasiya edilmiş silah və texnikaların görüntüsünü və hərbi obyeklərin koordinat nöqtələrini və yerləşdirilən əraziləri və cəbhə bölgəsinə gedən hərbi təyinatlı maşınları‚ texnika və əsgərləri çəkib paylaşmaq olmaz və həmçinin bu barədə‚ hərbi xarakterli mövzuları telefonlarda əsla müzakirə etmək və hətta sosial şəbəkələrdə və hər hansı mobil messenger yazışmalarında belə ordumuza aid hər hansısa bir məlumat paylaşmaq və bir-birilə bölüşmək olmaz‚ çünki bu‚ əsgərlərimiz üçün təhlükə yarada bilər.

İnsanlar Bir birilə hərbi mövzulara və xüsusən cəbhəyanı ərazilərə aid sərhədlərimizdə və sərhədlərimizə yaxın ərazilərdə gördüklərinə dair heçbir məlumatı bölüşməməlidir. Çünki mənfur düşmən hər zaman bizləri izləyir‚ bu işdə isə xarici xüsusi xidmət orqanları da onlara yardımçı olmağa çalışır. Bu səbəbdən qaydalara əməl etmək ölkəmizin və xalqımızın təhlükəsizliyi‚ ərazi bütövlüyümüzün müdafiəsi və qorunması‚ cəbhədəki düşmənlə üz-üzə dayanan əsgərlərimizin həyatları üçün vacibdir və buna əməl etmək vətənimizin müdafiəsi üçün hər birimizin bir nömrəli vicdan və şərəf borcudur. Vətənimizə və Dövlətimizə xidmət etmək hamımızın üzərindəki ən ali vəzifə və missiyadır. Bu bizim vicdan və qeyrət borcumuzdur. Vətəni və Dövləti müdafiə etmək ALLAHın bizə vacibatıdır. Dövləti və Dövlətçiliyi qorumaq hər bir vətəndaşın borcudur.
Uca ALLAH ölkəmizi‚ Dövlətimizi və xalqımızı xain düşməndən və bütün təhlükələrdən qorusun. AMİN

Axtar

Xəbər xətti

Təqvim


Məzənə

 Valyuta məzənnəsi