Rəssam Nihad Əliyev: “Məni bu həyatda yaşadan öz yaradıcılığımdır və çəkdiyim rəsm əsərləridir”

bodrum escort bayan

Tanınmış Azərbaycanlı rəssam Nihad Əliyevin yeni müsahibəsini sizlərə təqdim edirik:

 

1) Təsvir və təsviri incəsənətin mənaları haqqında açıqlama vermənizi xahiş edirik…

Təsvir sözünün mənası – hər hansı bir əşyanın surətini, şəklini çəkmək, o cümlədən müəyyən bir şəxs haqqında yazılı və ya şifahi surətdə nəql etmə, danışma təsvir adlanır. Bəli, təsvir sözünün mənasını açıqladıqdan sonra, təsviri incəsənətin anlayışı haqqında qısada olsa açıqlama verməyi vacib bilirəm. Təsviri incəsənət dedikdə, ilk növbədə onu qeyd etmək lazımdır ki, insanın hisslərini təsvir edən vasitə incəsənət adlanır. İncəsənət növlərindən biri də rəssamlıqdır. Rəssamlıq və rəssam sözünün mənası haqqında onu qeyd edə bilərəm ki, rəssamlıq – incəsənət sahəsində yaradıcılıq deməkdir. Rəssam isə – yaradıcı insan. Buna görə də təsvir rəssam üçün önəmli hesab olunur.

2) Siz bir rəssam olaraq, daxili azadlığı necə əldə edə bilirsiniz?

Mən daxili azadlığı olan insan kimi, daim özümə güvənərək, öz bacarığıma əsas məqsədimə çatmaq üçün daim çalışıram. Yaradıcı insanı həyatda rəssamlıq yaşatdığı kimi, o cümlədən məni bu həyatda yaşadan öz yaradıcılığımdır. Bir yaradıcı insan kimi qarşıma qoyduğum məqsəd – yaradıcılıq sahəsində peşəkarlığının yüksək zirvəsinə ucalmaqla unudulmaz iz qoymaqdır. Buna görə də, öz məqsədimə çatmaq üçün, ruhdan düşmədən, sevdiyim işlə məşğul olmaqla peşəkarlığının yüksək zirvəsinə ucalmağa doğru daim çalışıram. Yaradıcı insana daxili azadlığı əldə etmək mütləqdir. Yaradıcı insan, daxili azadlığı yalnız həvəs, hərəkət və səbr vasitəsilə əldə edə bilər. Bunlardan biri olmasa, daxili azadlığı əldə etmək qeyri-mümkündür. Hər bir insan üçün həvəs, hərəkət və səbr – məqsədə çatmaq üçün ən əsas səbəblərdir.

3) Dünyada iz qoymuş dahi rəssamlardan hansının dəsti-xəttini daha çox bəyənirsiniz?

Dünyada unudulmaz iz qoymuş, əsrlər boyu bu günə qədər tarixdə yaşanan dahi rəssamların hər birinin rəsm əsərlərini izləmək böyük maraq doğurur. Rəssamlıqda peşəkarlığının yüksək zirvəsinə ucalmaq üçün, dahi rəssamların hər biri onlar üçün nümunədir. Məlum olduğu kimi, hər rəssamın öz yolu və öz dəsti-xəttini var, o cümlədən hər bir rəssamın öz yolu və öz dəsti-xətti olduğu üçün, onların hər birinin dəsti-xəttini olduqca çox bəyənirəm və hər birinin əsərini böyük maraqla izləyirəm. Leonardo da Vinçinin, Rafael Santinin, Bounaretto Mikelancelonun, Albrext Dürerin, Diyeqo Velaskesin, Rembrandt Harmes Van Reynin, Sandro Bottiçellinin, Vinsent Van Qoqun və s. dahi rəssamların tarixləri və yaradıcılıqları haqqında oxumaq və əsərlərini böyük maraqla izləmək, məktəb oxumağa bərabərdir. Çünki həmin dahi rəssamlar, həmçinin bu gün qarşısına peşəkarlığının ən yüksək zirvəsinə ucalmaq üçün məqsəd qoyanların müəllimləri hesab olunur.

4) Rəssamlığa başlayan, eyni zamanda rəsm çəkməyə həvəsi olan şəxslərə nə kimi məsləhət verə bilərsiniz?

Hər bir yeni başlayana, rəsm çəkmək bacarığına malik olmaq üçün, qabiliyyətin olmağı mütləqdir. Mən bir rəssam olaraq, rəssamlığa yeni başlayan rəsm çəkməyə marağı olanlara məsləhət görürəm ki, hər biri qarşısına məqsəd qoyub çalışsınlar, rəssamlığın ilk pilləsindən başlayaraq peşəkarlığının yüksək zirvəsinə doğru ruhdan düşmədən öyrənməyi davam etsinlər. Bir daha onu qeyd edim ki, digər sahələrdə olduğu kimi, o cümlədən rəssamlıqda məqsədə çatmaq üçün, həvəs, hərəkət və səbr vacib hesab edilir. Bu qaydalara riayət edən hər yeni başlayan əmin ola bilər ki, onun gələcəkdə yaradıcılıq uğurlarına sahib olması gözlənilir.

5) Əsərləriniz içərisində ən çox bəyəndiniz rəsm əsəri hansıdır? Və o rəsmi nəyə görə çox sevirsiniz?

Mənim bu suala cavabım budur ki, bir rəssam olaraq, çəkdiyim rəsm əsərlərinin hər biri mənə həyatım qədər dəyərlidir, çünki yaradıcılıqda peşəkarlığın yüksək zirvəsinə ucalmaq üçün onların hər birinin mənim həyatımda böyük rolu var. Çəkdiyim rəsm əsərlərinin hər biri mənim əl zəhmətim olduğu üçün, zəhmətimin böyük uğurlu bəhrəsində, onların hər biri mənim yaradıcılıq uğurlarımda birinci növbəlidir. Yaradıcılığımda uğur yolunun mövcudluğu, çəkdiyim rəsm əsərlərindən asılıdır. Məni bu həyatda yaşadan öz yaradıcılığımdır və çəkdiyim rəsm əsərləridir.

Paylaş: