Mirsamir Məmmədov: “ABŞ-ın hüquq-mühafizə orqanları erməni təxribatçılarını dərhal cəzalandırmalıdır”

       

Bölmə : Müsahibə Tarix : 24 İyul 2020

 

Mirsamir Məmmədov: “ABŞ-ın hüquq-mühafizə orqanları erməni təxribatçılarını dərhal cəzalandırmalıdır”

Soydaşlarımız erməni işğalını ictimailəşdirmək məqsədilə xaricdə təşkil etdikləri aksiyalarda erməni təxribatları ilə üzləşiblər.

Politoloq Mirsamir Məmmədov XalqCebhesi.Az-a açıqlamasında bildirib ki, iyulun 21-də Amerika Konqresi Ermənistanın Azərbaycana olan işğal faktını təsdiq edəndən və Ermənistan ordusunun hərb meydanında darmadağın edilməsindən sonra‚ ermənilər azğınlaşaraq və hərb meydanında biabrçı məğlubiyyətlərini ört-basdır etmək üçün iyulun 22-də Los-Ancelesdəki Konsulluğumuzun yerləşdiyi əraziyə hücuma keçiblər: “Ermənilər terror törətməyə vərdiş ediblər‚ bir neçə gün öncə isə rəsmi Kiyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına və qorunmasına dəstək verdiyi üçün Ukraynanın Yerevandakı səfirliyinə də hücum edərək vandallıq aktı törədiblər.

Bu gün isə həmin vəhşiliyin və vandallığın ən ağır halını isə Los-Ancelesdəki Azərbaycan Konsulluğuna qarşı törətməyə çalışdılar. Bütün dünya bir daha erməni vəhşiliyini‚ erməni azğınlığını və erməni vandallığını gördü”. Politoloq qeyd edib ki, iyulun 22-də Amerikada baş verən erməni təxribatına Amerika polisi cavabdehdir: “Necə olur ki‚ Uzaq Orta Şərqdə bir quş havada uçanda ondan xəbəriniz olur və onu elə uzaq Vaşinqtondan durub 20 min km məsafədən vurub yerə salırsınız‚ Planetin istəniən bir nöqtəsini və hətta bütün Qalaktikanı nəzarətdə saxlaya bilirsiniz‚ digər planetlərdə nələr olduğunu Vaşinqtondan anında görürsünüz‚ amma Amerikanın ən mərkəzi yerlərindən biri olan Los-Ancelesdə 5 min insan toplaşır‚ Amerika polisi bunu görmür? Amerika hökuməti bu vandallıq aktının qarşısını öncədən almadığına görə cavab verməlidir. Amerika polisi bu təxribata cavab verməli və təxribatı törədənlərin hamısını dərhal məsuliyyətə cəlb etməlidir. Dərhal ABŞ hüquq-mühafizə orqanları tərəfindən hüquqi istintaq prosesi başlanmalı‚ həmin ekstremistlər məsuliyyətə cəlb edilərək məhkəmə qarşısına çıxarılıb‚ siyasi və milli zəmində təxribat törətdikləri və terrora cəhd etdiklərinə görə ağır və sərt şəkildə hüquq müstəvisində cəzalandırılmalıdır.

Bu hal ABŞ-ın beynəlxalq imicinə və nüfuzuna da zərbədir. Necə olur ki‚ 5000 nəfər toplaşıb və diplomatik toxunulmazlığı olan bir əraziyə hücum edir‚ qarşılarına çıxan azərbaycanlıları öldürməyə cəhd edirlər və Amerika polisi buna mane ola bilmir? hadisədən niyə öncədən xəbərdar olmayıblar?”. Xatırladaq ki, həmin hadisələrdə ermənilər Real TV-nin Amerikadakı müxbirinə xəsarətlət yetiriblər.

Politoloq bildirib ki, ermənilərin səfirliyimizə hücumun qarşısını amerikalı polislər almalıdırlar, ancaq bu işə azərbaycanlılar gördülər:”Ermənilərin Los-Ancelesdə səfirliyimizə və oradakı soydaşlarımıza qarşı törətdikləri təxribat və vandallıq aktına hüquqi qiymət verməmək və cinayətkarları cəzalandırmamaq həm Amerikanın imicinə‚ nüfuzuna‚ həm də Amerika-Azərbaycan arasındakı münasibətlərə ağır zərbədir. Amerika hökuməti erməni təxribatına getməməli və ən doğru olan hüquqi addımı atmalıdır. Amerika və Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən cinayətkarlar ən ağır şəkildə cəzalanmalıdır”.

Axtar

Xəbər xətti

Təqvim


Məzənə

 Valyuta məzənnəsi