Mirsamir Məmmədov: “Şanlı ordumuz düşməni bütün cinahlarda darmadağın etdi”

       

Bölmə : Müsahibə Tarix : 21 İyul 2020

 

Düşmənin bütün təxribatlarına layiqli cavab verildi.
Dövlət sərhədimizə qarşı erməni təxribatının arxasında dövlətimizin uğurlarını gözü götürməyən qüvvələr dayanır. ermənilərin təxribat yaratmaq cəhdləri ölkəmizin uğurlarından son dərəcə narahat olanların istəyidir.

Bunu mətbuata açıqlamasında‚ işğalçı erməni hərbi birləşmələri tərəfindən Tovuz rayonunun Ağdam və digər kəndləri istiqamətində dövlət sərhədlərimizə qarşı təxribat törədilməsi nəticəsində yaranan gərginlikdən danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib. M. Məmmədov qeyd edib ki‚

Ölkəmizin qazandığı uğurlardan və əldə olunan bir sıra mühüm siyasi irəliləyişlərdən narahat olan bir çox qüvvələr ermənilərin əlilə Azərbaycan sərhədlərinə qarşı təxribatlar törətməyə çalışdılar. Cəbhədə ermənilər tərəfindən yaranan bütün təxribatların arxasında ölkəmizin mühüm uğurlarından narahat olan xarici amillər‚ erməni lobbisi və bilavasitə işğalçı tərəfin özünün şəxsi qıcıqlığı məsələsi dayanır. erməni terrorçularının mülki vətəndaşlarımıza və dinc sakinlərə açdığı atəşlər nəticəsində zaman-zaman ölənlər və yaralananlar olmuşdur. Bu dəfə isə onlar Qarabağa aid olmayan ərazidə‚ Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan-ermənistan dövlət sərhədində ölkəmizə qarşı artilleriya atəşilə təxribatlar həyata keçirtdilər. Lakin düşmənin‚ sülh danışıqlarından yayınmaq və bir çox amillər səbəbindən belə təxribatlar törədərək gərginlik yaratmasına Azərbaycan ordusu layiqli cavab verdi. Ordumuzun yüksək döyüş qabiliyyəti‚ peşəkarlılığı‚ zəngin döyüş potensialının olması və hər an döyüşə hazırlıqlı vəziyyətə dayanması səbəbindən erməni terrorçuları layiqli cavablarını almaqdadır. İşğalçı tərəf çox böyük itgilər vermiş‚ düşmənin çox sayda hərbi texnikası məhv edilmiş‚ çox sayda əsgərləri ölmüş və yaralanmışdır. Tovuz rayonunun Ağdam və digər kəndləri istiqamətində təxribat yaratmasının məsuliyyəti birmənalı şəkildə erməni terrorçularına aiddir. Bir ölkənin‚ bütün dünya tərəfindən qəbul edilmiş sərhədlərinə qarşı odlu silahlardan müntəzəm atəş açmaq‚ mülki sakinlərimizi atəşə tutmaq cəhdi birmənalı şəkildə terror aktıdır. ermənistan işğalçıdır və bunu təsdiq edən BMT Təhlükəsizlik Şurasının 4 mühüm qətnaməsi mövcuddur.
İşğalçı ölkə və havadarları BMT Təhlükəsizlik Şurasının qərarlarına heçbir məhəl qoymur. Halbuki BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və dərhal icra edilməlidir. Bu beynəlxalq qurumun qərarları hər zaman bütün dünyada icra olunur‚ Azərbaycanın işğal olunmuş ərazilərinin ermənilər tərəfindən azad edilməsi məsələsində isə birmənalı şəkildə bu qərarlara dünya birliyi tərəfindən göz yumulur‚ məhəl qoyulmur. Bu məsələdə ən az ermənistan qədər dünya birliyi də günahkardır. Azərbaycan hər zaman beynəlxalq birliyin bütün öhdəliklərini layiqincə icra etmiş‚ beynəlxalq sülhün və əmin-amanlığın qorunması istiqamətində hər zaman dünya birliyinə yüksək dəstək vermişdir. Bu baxımdan Azərbaycan dünyanın ən nümunəvi ölkələrindəndir. Lakin biz beynəlxalq aləmdən bəzən özümüzə qarşı bunun əksini görürük. Sərgilədiyimiz dostluqların əksi halları ilə qarşılaşırıq. Azərbaycan hər zaman sülhün tərəfdarıdır‚ hər bir ölkə ilə‚ beynəlxalq təşkilatlarla‚ hər bir xalqla qarşılıqlı dostluq və əməkdaşlıq etmək arzusundadır.
Lakin ölkəmizin bütün hümanist prinsiplərə və qarşılıqlı dostluq münasibətlərinə və həmçinin sülh və sabitliyin qorunmasına hesablanmış siyasətinə və atdığımız müsbət addımlara baxmayaraq bir çox qüvvələr Azərbaycanın inkişafını və yüksəlişlərini gözü götürməməkdədir. Tovuz rayonunun Ağdam və digər kəndləri istiqamətində Azərbaycan-ermənistan dövlət sərhədində yaranan gərginliyin səbəbi olan işğalçı ölkənin təxribatları da bunun nəticəsidir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır və bu günə qədər erməni tərəfə dinc şəraitdə tək bir mərmi belə atılmayıb‚ lakin bunun əksinə olaraq düşmən tərəf hər zaman ərazilərimizi‚ avtomat‚ pülomyot və minomyotlardan atəşə tutaraq hər gün neçə-neçə dinc sakinimizə və mülki vətəndaşlarımıza xəsarət yetirmişlər‚ çox hallarda bu ölümlə nəticələnməkdədir. Ermənistan tərəfi mütamadi olaraq cəbhə xəttində və digər ərazilərdə atəşkəsi pozmağa təşəbbüs göstərsə də‚ onların bütün bu təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınır. Tovuz rayonunun Ağdam və digər kəndləri istiqamətində Azərbaycan ermənistan dövlət sərhədində törətdiyi növbəti təxribatların da qarşısı alınaraq erməni terrorçularına layiqli cavab zərbələri endirilmişdir. Ordumuzun əldə etdiyi nailiyyətlər də artıq xalqımız tərəfindən sevinc və ruh yüksəkliyi ilə qarşılanmaqdadır. İnsanlarımız döyüşmək üçün ön cəbhəyə yollanıb silah sursat istəyir və düşmənlə döyüşmək arzusundadır. Biz heçbir zaman kiminsə qanını tökmək istəməmişik‚ məsələnin sülh yolu ilə həllinin tərəfindəyik amma Azərbaycan xalqı müharibə istəyində və döyüşüb Azərbayvanın ayrılmaz hissəsi olan torpaqlarımızın azad olunmasının coşqusundadır. Bütün dünya bunu artıq bilməlidir. Məsələnin sülh yolu ilə həllinin olmadığı təqdirdə müharibə qaçılmazdır. Məsələnin həlli isə odur ki‚ işğalçı ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarını tərk etsin və öz dədə baba torpaqlarından didərgin və məcburi köçkün düşmüş vətəndaşlarımız öz mülklərinə geri qayıtsın. Məsələnin həlli yolu yalnız budur. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın savaş əmrini gözləyir. Son bir neçə gündə cərəyan edən hallar bunu deməyə əsas verir. İnsanlarımız ordumuzla‚ əsgərlərimizlə‚ dövlətimizlə və Ali Baş Komandanla birlikdədir. Dünyanın hər yerində Azərbaycanlılar dövlətimizlə və ordumuzla həmrəy olduğunu bütün dünyaya nümayiş etdirir. Son bir neçə gündə erməni lobbisinin təhriki ilə dövlət sərhədlərimizə qarşı erməni hərbi birləşmələrinin təxribatları nəticəsində yaranan gərginliklərdə Azərbaycan ordusu böyük hünərlər göstərdi. Rəşadətli ordumuz növbəti bir şanlı tarix yazdı. ermənilərə layiqli cavablar verildi‚ təxribatçı quruplar darmadağın edildi. Azərbaycan ordusu hər zaman düşmənin bütün təxribat əməllərinin qarşısını almağa qadirdir və erməni terrorçularının bütün əməllərinin qarşısı hər zaman beləcə ən yüksək şəkildə alınacaq. Hazırda işğalçılar üzərində müqayisə edilməyəcək qədər çox böyük üstünlüyə malikik. Bunun nəticəsidir ki‚ düşmən ağlına gətirmədiyi qədər canlı qüvvə və texnika itirdi‚ külli miqdarda əsgər itirdi. Hazırda düşmənə Tovuz rayonunun Ağdam‚ Quşçu və digər kəndləri istiqamətində düşmənə‚ şücaətli ordumuz tərəfindən ən layiqli və haqq etdiyi cavab verilmişdir və bundan sonra da düşmənin bütün təxribat əməllərinə qarşı güclü cavab veriləcəkdir. Hər kəs və bütün dünya bilsin ki‚ bizim ordumuz hər zaman qalibdir. Yaşasın qüdrətli ordumuz.

Axtar

Xəbər xətti

Təqvim


Məzənə

 Valyuta məzənnəsi