Göyçay şəhər parkı günü-gündən gözəlləşir

bodrum escort bayan

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin tapşırığı ilə Göyçay şəhər Parklara Xidmət və Nəzarət Təşkilatı tərəfindən görülən işlər rayon sakinlərin sevincinə səbəb olub.

Təşkilatın rəhbəri Nicat Mahmudov bildirib ki, tək iki ay ərzində Heydər Əliyev parkında əhalinin asudə vaxtının mənalı təşkili və rahat istirahəti üçün xeyli işlər görülüb. Parkda təmir-bərpa, abadlıq və quruculuq işləri görülüb, yeni qurulan suvarma sisteminin köməyi ilə ağaclar, çəmənliklər və gül kolları hər gün suvarılır. Daxili imkanlar hesabına fantanlar təmir olunaraq isti yay günlərində əhalinin istifadəsinə verilib, oturacaqlar, işıq fanarları, səkilər bərpa olunub, yeni yaşıllıq sahəsi salınıb, 200-dən çox həmişəyaşıl ağac və gül kolları əkilib, parkdakı çəmənlikdə Göyçayımızın simvolu olan “Nar” və ölkəmizin simvolu olan “Buta” bəzək guşələri qurulub. Hazırda parkın işıqlandırılması sistemi üzərində işlər davam etdirilir. Parkın ərazisində uşaqların istirahəti üçün 30-a yaxın əyləncə qurğusu quraşdırılıb. Görülən işlərə görə yerli sakinlər Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə təşəkkür edirlər. Nicat Mahmudov rəhbərlik etdiyi təşkilatın yeni fəaliyyətə başladığını, buna baxmayaraq qısa vaxtda xeyli iş görüldüyünü bildirib və yaxın zamanda şəhərin bütün parklarında əhalimiz üçün yeni layihələrin icra olunacağını qeyd edib.

Paylaş: