Mirsamir Məmmədov: “Kürək-kürəyə verərək‚ Dövlətimizə və xalqımıza dəstək olmalıyıq”

bodrum escort bayan

Belə bir məqamda hər kəs öz məsuliyyətini bilməli və ümumi vəziyyətdən yeganə çıxış yolu olaraq hər kəs bir-birinə‚ xüsusən maddi imkanı yüksək olan şəxslər imkansız ailələrə gücü və imkanı daxilində yardım etməyə çalışarsa‚ bu hal ölkəmizin tez bir zamanda mövcud Koronavirus pandemiyasından yaxa qurtarmasına kömək olacaq. Bunu mərbuata açıqlamasında‚ Politoloq‚ siyasi ekspert Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚ Hazırda dünyanı öz cənginə alan Koronavirus infeksiyası səbəbindən dünyada iş yerləri kütləvi şəkildə dayandırılmış‚ gediş-gəliş‚ hərəkət‚ iş mexanizmi iflic vəziyyətinə düşmüşdür. Bu da dünya iqtisadiyyarına ağır zərbə vurmuşdur. İş yerlərinin dayanması dünyanın hər yerində eyni qaydada yaşanan kütləvi haldır. Eləcə də bu ağır virus epidemiyasının dünyaya vurduğu dəhşətli ziyanlıq bizim ölkəmizdən də təsirsiz ötüşməyib. Virusun yaratdığı dəhşətli fəsadların qarşısını kəsmək və yaşana biləcək ağır kütləvi faciələrin qabağını almaq üçün dövlətimiz möhtərəm cənab Prezidentin rəhbərliyi ilə yüksək səviyyədə qabaqlayıcı tədbirlər gördü. Virusun ölkəmizdə dağıdıcı təsirlərinin qarşısının alınması üçün bütün zəruri addımlar atıldı və sosial izolyasiya tədbirləri yüksək peşəkarlıqla həyata keçirildi. Bu qabaqlayıcı təhlükəsizlik tədbirləri nəticəsində‚ dünyanı öz cənginə bürümüş ağır pandemiya Azərbaycanda kütləvi ölümlərə və ağır insan tələfatlarına səbəb olmadı. Azərbaycanda virus əleyhinə aparılan qabaqlayıcı və təhlükəsizlik tədbirləri dünyanın aparıcı ölkəkərinə belə nümunə olacaq səviyyədə icra edildi. Dünyanın ən inkişaf etmiş və ən qabaqcıl ölkələri və super dövlətlər virusun qarşısında aciz qaldığı halda‚ Azərbaycan dövləti böyük zəhmət bahasına da olsa‚ virusun qarşısını almağı bacardı. Bunun özü böyük tarixi uğurdu. Lakin virusun yayılmaması səbəbilə görülən qabaqlayıcı tədbirlər‚ dünyanın hər yerində və ən inkişaf etmiş ölkələrində olduğu kimi‚ bizim ölkəmizdə də iş yerlərinin bağlanmasına səbəb oldu. Məlum olduğu kimi‚ çox sayda insan hazırda evdə işsiz haldadır. Çox sayda günəmuzd işçi sosial təcrid səbəbilə evinə gündəlik müavinat apara bilmir. Cəmiyyətdə çox sayda yardıma ehtiyacı olan ailələr var. Bu gün imkanı çatanlar cəmiyyətdəki imkansız ailələrə gücü yetəcək qədər yardım etməyə çalışsa mövcud virus təhlükəsinə qarşı böyük mübarizə aparmış olar. Xaricdəki böyük kapital sahibləri‚ iri biznes və iş adamları‚ şirkət və holding rəhbərləri ölkəmizə‚ Dövlətimizə dəstək olmalıdır‚ mümkün qədər maddi vəziyyəti aşağı olan ailələrə‚ ciddi maddi sıxıntı içərisində olanlara köməkliklər göstərməyə çalışmalı və vətənimizin bu günkü dar günündə kömək əllərini uzatmalıdır. Bu hal ölkəmizə‚ Dövlətimizə böyük xidmət deməkdir. İndiki halda hər kəsin üzərində bir insanlıq vəzifəsi var ki‚ o da imkanı olanın‚ imkansıza yardım etməsidir. Bu hal əsl vətən və Dövlət xidmətidir. Belə vəziyyətlərdə o cəmiyyətlər böhrana qalib gəlir ki‚ orada birlik olur‚ həmrəylik olur. Bu kimi ağır situasiyalarda əl-ələ verərək‚ kürək-kürəyə dsyanaraq‚ bir-birinə dəstək olaraq mövcud problemə qarşı mübarizə aparılır. Virusun yayılmasının qarşısının alınması üçün‚ evdə qalmaq və sosial təcrid‚ Karantin rejiminin tələblərinə əməl etmək ən vacib məsələdir. Virus yayılsa böyük fəlakət olar. Bu isə hər kəsin yoluxması demək olar. Bu səbəbdən mövcud pandemiyaya qarşı ümumi mübarizə aparılmalıdır. Virusla mübarizə hər kəsin ümumi mübarizəsinə çevrilməlidir. Dövlətin izolyasiya və qabaqlayıcı tədbirlərinə dəstək olaraq evdə qalınmalı və iş yerləri bağlanmış şəxslərə‚ maddi çətinliklə üzləşən aztəminatlı ailələrə cəmiyyət olaraq edəcəyimiz köməklik və dəstək‚ insanların sosial təcriddə qalmasına‚ Karantin rejiminin qorunmasına‚ Dövlətimizin çağırış və tələblərinin icrasına böyük töhvə verəcək ki‚ bu da‚ ölkəmizin mövcud Koronavirus pandemiyasından xilas olmasında əhəmiyyətli dərəcədə rol oynayacaq. Beləcə ölkəmizin və xalqımızın‚ ən əsası özümüzün bu virusdan qorunmağımız üçün üzərimizdəki ağır məsuliyyəti və çiyinlərimizdəki vacibatı həm vicdani hisslərlə‚ insanlıq duyğularıyla dərk etməliyik. Qorxunc bir düşmənlə üz üzəyik. Hər an hər birimiz bu virusa yoluxmaq təhlüləsizylə üz üzəyik və heçbirimiz bu virusdan sığortalanmamışıq. İstənilən anda istənilən şəxs bu virusa yoluxa bilər. Odur ki‚ cəmiyyət olaraq virusla mübarizəyə dəstək verilməlidir. Bu həm insanlıq borcumuzdur‚ hə m də həyatda qalmaq mübarizəsidir. Bunun üçün indiki halda köməyə ehtiyacı olanlara maddi imkanı yüksək olan şəxslərin kömək əlini uzatması ən vacib və prioritet məsələdir. Azərbaycan xalqı mərd‚ yardımsevər‚ insanpərvər‚ müdrik və alicənab bir xalqdır. Əl-ələ verərək bu virus təhlükəsinə birgə sinə gəriləcək. ALLAH ölkəmizi və xalqımızı‚ eləcə də bütün dünyanı bu təhlükədən xilas eləsin. ALLAH hər kəsə kömək olsun. AMİN.

Paylaş: